Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Çin liderləri bir araya gəlirlər: Gündəmdə nələr var?

© Photo : Пресс-служба президента РФ / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cin Pin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cin Pin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Peskov qeyd edib ki, yüksək texnologiyalar, birgə investisiya və ticarət sahəsində əməkdaşlıq da daxil olmaqla, danışıqlarda ikitərəfli münasibətlər xüsusi yer tutacaq.
BAKI, 14 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cin Pin beynəlxalq gündəliyi, həmçinin energetika sahəsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Beynəlxalq işlərdə vəziyyət, xüsusi ilə Avropa qitəsində vəziyyət olduqca və olduqca gərgindir və təbii ki, tərəfdaşlar, Moskva və Pekin arasında müzakirə tələb edir. Biz həm NATO tərəfindən, həm də ABŞ tərəfindən aqressiv ritorikanı görürük", - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, ənənəvi olaraq regional problemlərə dair fikir mübadiləsi aparılacaq.
Peskov qeyd edib ki, yüksək texnologiyalar, birgə investisiya və ticarət sahəsində əməkdaşlıq da daxil olmaqla, danışıqlarda ikitərəfli münasibətlər xüsusi yer tutacaq.
Qeyd edək ki, Rusiya və Çin liderlərinin danışıqları videokonfrans formatında baş tutacaq.
Həmçinin oxuyun:
Əxlaqsızlar komandası Olimpiadada qalib gəlmək istəyir
"Pekin-2022" Qış Olimpiya Oyunları: Çinə çarter və müvəqqəti reyslərlə gədəcəklər
Mərkəzi Kəşfiyyat İdarəsi taktikasını dəyişir: Rusiya və Çini başqa cür izləyəcək
Xəbər lenti
0