SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də olmamalıdır

© Official website of President of Azerbaijan RepublicBrüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
NATO-nun Baş katibi: NATO tərəf tutmur. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun dəyərli tərəfdaşıdır. Biz diplomatik, üçtərəfli səyləri, o cümlədən Ermənistan və Azərbaycan arasında normallaşmanı qəti şəkildə dəstəkləyirik.
BAKI, 14 dekabr - Sputnik. “Regionda kommunikasiyaların açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd edilib”. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, bu, Ermənistan üçün bir növ öhdəlikdir:

“Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılığa gəlmişik. Həmçinin, avtomobil yolunun inşası ilə bağlı razılıq da əldə etmişik. Lakin avtomobil yolunun istiqaməti hələ dəqiqləşməyib. Bu, gələcək müzakirələrin predmetidir. Biz bu axşam üçtərəfli görüşdə mütləq bu məsələni müzakirə edəcəyik. Zəngəzur dəhlizindən istifadə qaydalarına gəlincə, bu, Laçın dəhlizindəki kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, Laçın dəhlizi vasitəsilə Azərbaycan Ermənistan və Qarabağ arasında əlaqə üçün təhlükəsiz və maneəsiz giriş təmin edir. Ermənistan da Azərbaycan və Naxçıvan arasında maneəsiz girişi və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır. Əgər Ermənistan yükləri və insanları yoxlamaq üçün gömrük postunun qurulmasında israr edərsə, biz də Laçın dəhlizində eyni israrı edəcəyik. Bu məntiqlidir. Bu məsələdə qərar Ermənistanın üzərinə düşür. Biz iki varianta da hazırıq. Ya hər iki tərəfdə gömrük postu olmur, ya da hər iki tərəfdə gömrük postu qurulur”.

Sonra NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edib:
“Öncəliklə qeyd edim ki, biz bu müharibənin başa çatmasını və döyüşlərin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayırıq”.

“NATO normallaşma istiqamətində bütün səyləri və Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləyir. Prezident İlham Əliyevlə də bu məsələni müzakirə etdik. Üçtərəfli görüş də olacaq. Bu onu göstərir ki, dialoq tərəflər arasında davam edir və normallaşmaya doğru irəliləyir. Zorakılığı, şiddəti yaradacaq bütün addımlardan çəkinmək lazımdır. Həll olunmamış bütün məsələlər diplomatik vasitələrlə həll olunmalıdır. NATO tərəf tutmur. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun dəyərli tərəfdaşıdır. Biz diplomatik, üçtərəfli səyləri, o cümlədən Ermənistan və Azərbaycan arasında normallaşmanı qəti şəkildə dəstəkləyirik”, - Baş katib vurğulayıb.

19.50
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə Alyansın mənzil-qərargahında görüş olub.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Xəbər lenti
0