https://sputnik.az/20211214/millet-vekili-dolanisiq-imkani-olmayan-adam-aylarla-mesgulluq-idaresine-ayaq-doyur-437243100.html
Millət vəkili: Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür
Millət vəkili: Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür
Sputnik Azərbaycan
Parlament sədri: Heç bir qanun gurultulu qəbul olunmur. Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T16:25+0400
2021-12-14T16:25+0400
2021-12-14T16:34+0400
sahibə qafarova
cəmiyyət
iclas
qanun
parlament
sabir rüstəmxanlı
sığorta
https://cdnn1.img.sputnik.az/img/41186/09/411860944_0:0:1200:676_1920x0_80_0_0_3e95aa2422a6b7e79c343d009a087bf3.jpg
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlıya irad bildirib.Sputnik Azərbaycan xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq:“Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.Sədr Sahibə Qafarova bildirib ki, heç bir qanun burda gurultulu qəbul olunmur: “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq. Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir.Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.Mövcud qanunda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi müəyyənləşdirilsə də, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların sığorta ödənişindən yararlanması üçün əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlanır.Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Həmçinin oxuyun:Azərbaycanın qeyd-şərtlə qoşulduğu sənədlər ratifikasiya edildi
https://sputnik.az/20211214/fazil-mustafa-yeni-qanun-haqinda-jurnalist-serbestliyine-imkan-yaradilmalidir-437231741.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41186/09/411860944_109:0:1029:690_1920x0_80_0_0_172dcf43acaf746c886e95492cdc06d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, iclas, qanun, parlament, sabir rüstəmxanlı, sığorta
sahibə qafarova, iclas, qanun, parlament, sabir rüstəmxanlı, sığorta
Millət vəkili: Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür
16:25 14.12.2021 (Yenilənib: 16:34 14.12.2021) Parlament sədri: Heç bir qanun gurultulu qəbul olunmur. Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur.
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlıya irad bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq:
“Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.
Sədr Sahibə Qafarova bildirib ki, heç bir qanun burda gurultulu qəbul olunmur: “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq. Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir.
Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.
Mövcud qanunda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi müəyyənləşdirilsə də, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların sığorta ödənişindən yararlanması üçün əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlanır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.