https://sputnik.az/20211214/helikopter-qezasi-mm-in-gundeliyine-getirildi-hadiseni-terror-adlandiranlarin-diqqetine-437236352.html
Helikopter qəzası MM-in gündəliyinə gətirildi: Hadisəni terror adlandıranların diqqətinə
Helikopter qəzası MM-in gündəliyinə gətirildi: Hadisəni terror adlandıranların diqqətinə
Sputnik Azərbaycan
Hərbi Zəfərimiz Böyük Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmənistan qazının İran... 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T13:53+0400
2021-12-14T13:53+0400
2021-12-14T13:54+0400
siyasət
terror
milli məclis
helikopter
zahid oruc
helikopter qəzası
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436844641_0:67:1280:787_1920x0_80_0_0_fde15d9f1a80f1d68feb08b52a340577.jpg
BAKI, 14 dekabr — Sputnik. Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli helikopter qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir. Birincisi, heç̧ bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış̧ hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsizliyinə xidmət etmirlər.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.O bildirib ki, hərbi Zəfərimiz Böyük Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmənistan qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, helikopter qəzasının səbəbləri kimi göstərilə bilməz: "Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə "3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz",- deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır", - Oruc deyib.Zahid Orucun sözlərinə görə, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. Lakin qələbəmizi möhkəmləndirməkdən bizi heç̧ kəs çəkindirə bilməz. "Silahlı Qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəza sonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət edib, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar. Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da, 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur.", - deputat deyib. O həmçinin qeyd edib ki, 8 noyabr Salnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də, onun tarixi əhəmiyyəti dəyişməyəcək. "Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq. Ona görə də 10 noyabrla 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr"da qalıb. Ona görə də inanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər!", - deyə millət vəkili bildirib.Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.“Mİ-17” markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
https://sputnik.az/20211130/on-dord-neferin-olumune-sebeb-olan-helikopter-qezasi-ile-bagli-cinayet-isi-acildi-436820241.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436844641_72:0:1209:853_1920x0_80_0_0_065954ace2ff8b2fe6c0d5a1f89576d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
terror, milli məclis, helikopter, zahid oruc, helikopter qəzası
terror, milli məclis, helikopter, zahid oruc, helikopter qəzası
Helikopter qəzası MM-in gündəliyinə gətirildi: Hadisəni terror adlandıranların diqqətinə
13:53 14.12.2021 (Yenilənib: 13:54 14.12.2021) Hərbi Zəfərimiz Böyük Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmənistan qazının İran vasitəsilə dünyaya çatdırılması mühüm hadisələr olsa da, helikopter qəzasının səbəbləri kimi göstərilə bilməz.
BAKI, 14 dekabr — Sputnik. Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli helikopter qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir. Birincisi, heç̧ bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış̧ hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsizliyinə xidmət etmirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, hərbi Zəfərimiz Böyük Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmənistan qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, helikopter qəzasının səbəbləri kimi göstərilə bilməz:
"Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil. Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər".
"Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə "3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz",- deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır", - Oruc deyib.
Zahid Orucun sözlərinə görə, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. Lakin qələbəmizi möhkəmləndirməkdən bizi heç̧ kəs çəkindirə bilməz.
"Silahlı Qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəza sonrası Müdafiə Nazirliyi və Sərhəd Qüvvələri, o cümlədən bütün güc strukturları koordinasiyalı hərəkət edib, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar. Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da, 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur.", - deputat deyib.
O həmçinin qeyd edib ki, 8 noyabr Salnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də, onun tarixi əhəmiyyəti dəyişməyəcək.
"Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq. Ona görə də 10 noyabrla 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr"da qalıb. Ona görə də inanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər!", - deyə millət vəkili bildirib.
Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.
“Mİ-17” markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.