Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gənc müğənni beynəlxalq musiqi festivalında yer tutub - VİDEO

© pixabay / StockSnapSəhnədə müğənni, arxiv şəkli
Səhnədə müğənni, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Ukraynanın paytaxtı Kiyevin Mərkəzi Mədəniyyət və İstirahət Parkında festivalın 36 superfinalçısının sərgisi keçirilir. Dekabrın 17-dək davam edəcək sərgidə kliplərdən, partnyorlardan və festivalın münsiflər heyətindən kadrlar nümayiş etdirilir.
BAKI, 14 dekabr — Sputnik. Ukraynanın Kiyev şəhərində "2220 VIDEOCLIP" beynəlxalq musiqi festivalı keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, festivalda Azərbaycanı gənc müğənni Əmir Paşayev təmsil edir. "Uzaqsan" klipi ilə Azərbaycanı təmsil edən 25 yaşlı istedadlı müğənni Əmir Paşayev festivalda 3-cü yerə layiq görülüb. Həmin mahnının sözləri və musiqisi Tural Bakuviyə, aranjimanı isə Ramal Rəsula aiddir.
Onu da bildirək ki, Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin himayəsi altında keçirilən nüfuzlu festivalın münsiflər heyətinə "Eurovision" musiqi yarışmasının qalibi Eldar Qasımov da daxildir.
Festivalın finalında 16 ölkədən - Kanada, Almaniya, Polşa, Litva, Azərbaycan, Monteneqro, Sloveniya, Xorvatiya, Serbiya, Albaniya, Moldova, Ermənistan, Türkiyə, Qazaxıstan, Filippin və Ukraynadan 5-25 yaşlı 78 gənc müğənni iştirak edib.
Münsiflər heyətinə Azərbaycan təmsilçisindən başqa, Böyük Britaniyadan Oskar və BAFTA mükafatı laureatı Yelena Andreiçeva, Monteneqro TVCG2 əyləncə kanalının baş redaktoru Sabriya Vuliç, belçikalı dirijor Mark Sierens, Kanadadan virtuoz skripkaçı Vasili Popadyuk, Albaniyadan "Junior Eurovision" milli seçiminin direktoru Sokol Marsi, Türkiyədən İstanbul Konservatoriyasının professoru Alper Kazançıloğlu və müxtəlif ölkələri təmsil edən digər musiqi mütəxəssisləri daxildir. Münsiflər heyətinin rəhbəri isə Ukraynadan olan məşhur videomeyker Semyon Qorovdur.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevin Mərkəzi Mədəniyyət və İstirahət Parkında festivalın 36 superfinalçısının sərgisi keçirilir. Dekabrın 17-dək davam edəcək sərgidə kliplərdən, partnyorlardan və festivalın münsiflər heyətindən kadrlar nümayiş etdirilir.
Xəbər lenti
0