CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faktiki hava şəraiti: Naxçıvanda -6° şaxta olub

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta olub.
BAKI, 14 dekabr — Sputnik. Dekabrın 14-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Lənkəran-Astara zonasında intensiv olub.
Düşən yağışın miqdarı: Lənkəranda 21.0 mm, Astarada 8.0 mm, Zərdab, Salyan, Hacıqabul, Neftçalada 3.0 mm, Biləsuvar, Lerik, Xaçmazda 2.0 mm, Quba, Naftalan, Şəmkir, Ağdam, Bərdə, Yevlax, İmişli, Cəfərxanda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Sumqayıtda 1.0 mm-dək olub.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7°-dək isti, aran rayonlarında 6-9° isti, dağlıq rayonlarda 2-4° şaxta, Naxçıvan MR-da 0-6° şaxta olub.
Xəbər lenti
0