https://sputnik.az/20211214/deputatdan-salatin-esgerova-ile-bagli-teklif-437233262.html
Deputatdan Salatın Əsgərova ilə bağlı təklif
Deputatdan Salatın Əsgərova ilə bağlı təklif
Sputnik Azərbaycan
Dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq. 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T12:49+0400
2021-12-14T12:49+0400
2021-12-14T12:49+0400
salatın əsgərova
azərbaycan xəbərləri
jurnalist
milli məclis
şəhid
millət vəkili qənirə paşayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437233704_0:243:1000:806_1920x0_80_0_0_7e478372f80121116aec65d25851b927.jpg
BAKI, 14 dekabr — Sputnik. Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.Deputat bildirib ki, dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq: "Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir".Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: "Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram".Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. O, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437233704_0:0:1001:751_1920x0_80_0_0_892df358b4acec265f36a66eb02eb183.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
salatın əsgərova, jurnalist, milli məclis, şəhid, millət vəkili qənirə paşayeva
salatın əsgərova, jurnalist, milli məclis, şəhid, millət vəkili qənirə paşayeva
Deputatdan Salatın Əsgərova ilə bağlı təklif
Dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq.
BAKI, 14 dekabr — Sputnik. Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq: "Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir".
Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: "Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram".
Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. O, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.