https://sputnik.az/20211214/cbari-tibbi-sigorta-uzre-emeliyyatlara-limit-qoyuldu-437235675.html
İcbari tibbi sığorta üzrə əməliyyatlara limit qoyuldu
İcbari tibbi sığorta üzrə əməliyyatlara limit qoyuldu
Sputnik Azərbaycan
Hazırda zərfə 2550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə... 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T16:48+0400
2021-12-14T16:48+0400
2021-12-14T16:48+0400
icbari tibbi sığorta
səhiyyə
əhliman əmiraslanov
tibbi xidmətlər
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189110_0:44:2000:1169_1920x0_80_0_0_340da7a39cbb8cce0712519f5356b849.jpg
BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub. Bu, Agentliyin ölkə üzrə göstərilən məhdud xidmətləri sırasındadır".Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.Şöbə müdiri bildirib ki, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır: "Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcək dövrlər üçün həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır".O, həmçinin xatırladıb ki, Xidmətlər zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib: "Hazırda zərfə 2550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər".Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin iclasında Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərin sayı artırılacağını demişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189110_227:0:2000:1330_1920x0_80_0_0_0c19362eb361897fa15a87e5422598ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
icbari tibbi sığorta, əhliman əmiraslanov, tibbi xidmətlər
icbari tibbi sığorta, əhliman əmiraslanov, tibbi xidmətlər
İcbari tibbi sığorta üzrə əməliyyatlara limit qoyuldu
Hazırda zərfə 2550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub. Bu, Agentliyin ölkə üzrə göstərilən məhdud xidmətləri sırasındadır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.
Şöbə müdiri bildirib ki, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır:
"Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcək dövrlər üçün həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır".
O, həmçinin xatırladıb ki, Xidmətlər zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib:
"Hazırda zərfə 2550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər".
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin iclasında Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərin sayı artırılacağını demişdi.