İtirdiyimiz sənətkarlar - 2021-ci il ağır oldu
20:30 13.12.2021 (Yenilənib: 20:37 13.12.2021)
© Sputnik / Murad OrujovŞam
© Sputnik / Murad Orujov
Abunə olmaq
Təəssüf ki, dünya mədəniyyəti, eləcə də Azərbaycan sənəti bir çox sənətkarlarını pandemiya dönəmində itirdi. Sputnik Azərbaycan 2021-ci ildə vəfat edən mədəniyyət adamlarının adlarını və fotolarını təqdim edir.
BAKI, 13 dekabr — Sputnik. Cari ilin bitməsinə saylı günlər qalıb. 2020-ci illə müqayisədə bu il ölkəmizdə xeyli sayda mədəniyyət hadisələri baş verdi. Təəssüf ki, itkilərimiz də az olmadı. Dünya mədəniyyəti, eləcə də Azərbaycan sənəti bir çox sənətkarlarını pandemiya dönəmində itirdi. Bunların bəzisi elə koronavirusdan, bəziləri isə digər səbəblərdən vəfat ediblər. Sputnik Azərbaycan 2021-ci ildə vəfat edən mədəniyyət adamlarının adlarını təqdim edir:
2021-ci ilin qədəm qoyduğu ilk günlərdə bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat etdi. Tanınmış bəstəkar 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib.
Fevral ayının 22-i isə Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib. Müğənni uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib.
Tanınmış komediya aktyoru Ramiz Hüseynzadə də bu ilin mart ayının 18-i vəfat edib. Aktyor beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
© Photo : Facebook / Рамиз ГусейнзадеAktyor Ramiz Hüseynzadə
Aktyor Ramiz Hüseynzadə
© Photo : Facebook / Рамиз Гусейнзаде
Mart ayının 21-i isə Xalq artisti Ramiz Məmmədov dünyasının dəyişib. Uzun illər Akademik Musiqili Teatrda çalışmış aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilirdi.
Rəmiş kimi tanıdığımız Rafiq Hüseynov 76 yaşında dünyayala sağollaşıb. Koronavirusa yoluxan gitara ifaçısı Bakı Sağlamlıq Mərkəzində müalicə alırdı. 76 yaşlı sənətçi 2021-ci il aprelin 5-də vəfat edib.
Xalq artisti, rejissor Eldar Quliyev uzun sürən xəstəlikdən sonra aprel ayının 16-ı dünyasını dəyişib. Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. Martın əvvəlində evə buraxılan sənətkarın səhhəti ağırlaşdığından bir müddət sonra özəl klinikaların birinə yerləşdirilmişdi.
Mahnıları dillər əzbəri olan, Əməkdar artist Baloğlan Əşrəfov da koronavirsun qurbanlarındandır. Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, bu diaqnozla 2007-ci ildə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, "Palmali" şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılmışdı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov Aprel ayının 26-ında 69 yaşında koronavirusun qurbanı olub.
© Photo : courtesy of Baloglan AshrafovBaloğlan Əşrəfov
Baloğlan Əşrəfov
© Photo : courtesy of Baloglan Ashrafov
Sevilən müğənni Aslan İsmayılov may ayının 4-ündə vəfat edib. Mərhum müğənni Bakı-Qazax yolunda idarə etdiyi avtomobillə "KamAZ" markalı yük maşının toqquşması nəticəsində həyatını itirib.
Xalq şairi Fikrət Qoca mayın 5-də , 85 yaşında vəfat edib. Görkəmli şair fəxri Xiyabanda dəfn olunub.
Müxtəlif obrazları ilə Azərbaycan tamaşaçılarının qəlbini fəht edən Xalq artisti Arif Quliyev mayın 7-də vəfat edib. Dünyanı cənginə almış COVİD-19 sevimli aktyorumuzdan da yan kemədi. Bir müddət vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi "buzlaşmışdı". Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumub.
© Photo : APAXalq artisti Arif Quliyev
Xalq artisti Arif Quliyev
© Photo : APA
Həmin gün - may ayının 7-i Azərbaycanın Xalq şairi Musa Yaqub da uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib.
Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov da Türkiyədə koronavirusdan vəfat edib. Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.
Rəssam Tahir Salahov 20 may 2021-ci ildə Almaniyanın paytaxtında müalicə olunduğu ağciyər iltihabından vəfat edib. 92 yaşında vəfat edən rəssam Bakıda Fəxri xiyabanda dəfn olunub.
Таир Салахов
© Sputnik / Yekaterina Chesnokova
/ Filologiya elmləri doktoru, professor Nizami Xudiyev də 23 mayda böyrək çatışmamazlığından vəfat etdi.
Azərbaycanın Əməkdar artisti, müğənni Zöhrə Abdullayeva may ayının 28-də vəfat edib.
İyun ayının 9-u Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib. 72 yaşlı Xalq artisti bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun qızı da koronavirus diaqnozu ilə xəstəxanada müalicə alırdı.
Xatırladaq ki, bir neçə il öncə Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. R.Əzizbəylinin digər ayağında bənzər riskin yaranmaması üçün onun yenidən əməliyyat oluna biləcəyi söylənilmişdi.
Sağlığında "Toylar kralı" adı ilə tanınan Xalq artisti Səməd Səmədov 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olan müğənni koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya səbəbindən vəfat edib. Bütün səylərə baxmayaraq, iyulun 24-ü COVID-19 ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.
"Ayrılq"la məşhurlaşan müğənni Yaqub Zurufçu bu il sentyabrın 14-də bu dünyadan ayrılıb. Həm ABŞ-nın, həm də Azərbaycanın vətəndaşı olan sənətçi koronovirusa yoluxaraq, müalicə üçün "Yeni klinika"ya yerləşdirilib. Süni nəfəs aparatına qoşulan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
"Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev sentyabrın 20-də İsraildə müalicə aldığı xəstəxanada vəfat edib.
Квартет "Гая" из Баку
© РИА Новости
/ Müğənni Səyyad Əlizadə də COVID-19 virusuna yoluxan və sağala bilməyən sənətçilərdəndir. Müğənninin vəziyyətinin dəfələrlə yaxşılaşması məlumatları gəlsə də, EKMO cihazına qoşulsa da, müğənni sentyabrın 30-da virusa məğlub olub.
Oktyabrın 8-i Xalq artisti, rejissor Ağakişi Kazımov 86 yaşında dünyasını dəyişib.
Xalq artisti Canəli Əkbərov Oktyabrın 22-də vəfat etdi. Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi.
Oktyabr ayının 20-i tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Nizami Xudiyev da koronavirusdan dünyasını dəyişib.
© Photo : Facebook / Elnur ƏşrəfoğluElnur Əşrəfoğlu
Elnur Əşrəfoğlu
© Photo : Facebook / Elnur Əşrəfoğlu
Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov da koronavirsun qurbanları sırasındadır. Edilən müdaxilələrə baxmayaraq, sevimli aktyorun həyatını xilas etmək mümükün olmayıb.
Allah rəhmət eləsin!