Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Koronavirusa yoluxan Xalq artisti başqa xəstəxanaya köçürülüb

© Sputnik / Murad OrujovBakıda təcili yardım avtomobili
Bakıda təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
E.Bayram koronavirusa yoluxduğu üçün bu il noyabrın 30-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
BAKI, 13 dekabr — Sputnik. Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayram başqa xəstəxanaya köçürülüb.
Bu barədə Sputnik Azərbaycan-a sənətçinin dostu Giya Paçxataşvili məlumat verib.
O bildirib ki, 74 yaşlı Xalq artisti Zığ qəsəbəsindəki modul tipli xəstəxanadan dekabrın 9-da sağalma diaqnozu ilə çıxıb. Amma özünü yaxşı hiss etmədiyinə görə yenidən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Bir aydan çoxdur ki, xəstədir. Vəziyyəti ağır olduğundan süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin dediyinə görə, indi normaldır. Sabah ayıracaqlar".
Qeyd edək ki, E.Bayram koronavirusa yoluxduğu üçüт bu il noyabrın 30-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir müddətdən sonra sağalaraq palataya köçürülmüşdü.
Eləcə də oxuyun:
* Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlanıb
* Ciddi xəstəliyi aşkarlandığı deyilən Xalq artisti: "Ayın 30-da tamaşam var"
Xəbər lenti
0