Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda qızıl bazarında ciddi artım var: külçələrlə alırlar

© Photo : AzerGold"AzerGold"-un qızıl nümünələri
AzerGold-un qızıl nümünələri - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
Yeni sikkə və külçələrin istehsalı yerli pərakəndə bazarda kifayət qədər ciddi canlanmaya səbəb olub
BAKI, 13 dekabr — Sputnik. "AzerGold" QSC-nin fəaliyyətə başladığı gündən istehlakçıların böyük marağına səbəb olan Satış və Mübadilə Mərkəzində dekabrın 1-dək ümumilikdə 1029,2 unsiya qızılın satışı həyata keçirilib.
QSC-dən Sputnik Azərbaycan-a bildirilib ki, nəticədə son 3 ay ərzində təkcə hədiyyə qismində deyil, sərfəli investisiya aləti kimi də istehlak olunan qızıl sikkə və külçələrin pərakəndə satışından dövriyyəyə 3,4 milyon manatdan çox vəsait cəlb edilib. Müqayisə üçün qeyd edək ki, Səhmdar Cəmiyyət ötən ilin eyni dövründə pərakəndə satış bazarında cəmi 93,9 unsiya qızılın satışını həyata keçirmişdi. Belə ki, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında onlayn sifariş və komissiya müqavilələri əsasında paytaxtda yerləşən müxtəlif satış nöqtələrində alıcılara təqdim edilən qızıl sikkə və külçələrin satışından ümumilikdə 435 min manat vəsait dövriyyəyə cəlb edilmişdi. Cari ilin eyni dövründə isə pərakəndə satışdan əldə edilən vəsait 87 faiz daha çoxdur.
Çovdar Filiz Emalı Sahəsi - Sputnik Azərbaycan, 1920, 01.12.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib
Bu, 2021-ci il ərzində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda qiymətli məhsullara artan tələbatla əlaqədar olmaqla, daxili bazara yönəldilən qızılın həcminin artırılmasını labüd edib. Beləliklə, Səhmdar Cəmiyyətin hasil etdiyi qızılın bir hissəsinin daxili bazara yönəldilməsi şirkətin illik ixrac planına müəyyən qədər təsir etsə də, yeni sikkə və külçələrin istehsalı yerli pərakəndə bazarda kifayət qədər ciddi canlanmaya səbəb olub.
Xatırladaq ki, "AzerGold" milli zərgərlik sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək vermək məqsədilə cari ilin sentyabr ayında yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və Mübadilə Mərkəzini istifadəyə verib. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 999.9 əyarlı, 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda hazırlanan qızıl sikkələr satışa çıxarılıb. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur. Aparılmış bazar araşdırmalarına əsasən, "AzerGold"un məhsulları yerli bazarda eyni kateqoriyadan olan məhsullarla müqayisədə ən sərfəli qiymətə təklif edilir.
Qeyd edək ki, satış mərkəzində məhsulların satışı ilə yanaşı, həmçinin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı - mübadiləsi də təmin olunur.
Eləcə də oxuyun:
* Dağları qaytardıq, sərvətini də qaytararıq: Azərbaycan dağ-mədən sənayesinin ikinci həyatı
* Britaniya şirkətinə "Vejnəli" yatağının istismarına icazə verilib
Xəbər lenti
0