Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bəzi rayonların ləğv edilməsi təklif olunur

© Sputnik / Murad OrujovAzərbaycan xəritəsi
Azərbaycan xəritəsi - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
İnstitut direktoru qeyd edir ki, bəzi rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur: onlar iqtisadi cəhətdən özünü doğrultmur.
BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir.
Sputnik Azərbaycan bildirir ki, İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturlarının, demək olar ki, heç bir iş görmədiyini söyləyib.
“Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun. Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var.
İnfoqrafika: AR iqtisadi rayonlarının yeni bölgüsü - Sputnik Azərbaycan, 1920, 25.07.2021
İNFOQRAFİKA
Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü
Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - deyə baş direktor vurğulayıb.
Eləcə də oxuyun:
* Prezidentdən Xankəndi, Xocalı, Xocavəndlə bağlı FƏRMAN
* Bu bölgü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Xəbər lenti
0