Azərbaycana 110 milyon sərmayə yatırmışıq - Səfir gələn ilə də ümidlidir
© Sputnik / Eldar Tanrıverdıyevİsveçrə Səfiri xanım Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri Alberto Hernandes
© Sputnik / Eldar Tanrıverdıyev
Abunə olmaq
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu xətti ilə əməkdaşlığı da vurğulayan xanım Peneveyre qeyd edib ki, beynəlxalq əməkdaşlıq İsveçrə - Azərbaycan münasibətlərinin əsas sütunudur.
BAKI, 13 dekabr — Sputnik. Azərbaycan və İsveçrə arasında münasibətlər çox yaxşıdır və müxtəlif sahələri əhatə edir. İki ölkə arasında siyasi və diplomatik əlaqələr 1992-ci ildə qurulub və gələn il biz münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre bildirib.
"Azərbaycan və İsveçrə arasında müxtəlif səviyyələrdə ikitərəfli görüşlər keçirilir. Hər iki ölkənin prezidenti sonuncu dəfə 2020-ci ilin yanvar ayında Davos iqtisadi forumunda görüş keçirib. Əməkdaşlığımızın ikinci aspekti iqtisadi əməkdaşlıqdır ki, burada da ticarət və qarşılıqlı sərmayələrin yatırılmasını nəzərdə tuturam. Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığa dair Birgə Komissiya mövcuddur və biz ümid edirik ki, 2022-ci ildə Bakıda komissiyanın iclası keçiriləcək", - deyə Muriel Peneveyre bildirib.
© Sputnik / Eldar Tanrıverdıyevİsveçrə Səfiri xanım Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri Alberto Hernandes
İsveçrə Səfiri xanım Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri Alberto Hernandes
© Sputnik / Eldar Tanrıverdıyev
Səfir, həmçinin qeyd edib ki, İsveçrə və Azərbaycan təhsil, turizm sahəsində də əməkdaşlıq edirlər.
Səfir humanitar sahədə İsveçrənin Azərbaycana verdiyi dəstəyi də qeyd edib: “1999-cu ildə Azərbaycanda fəaliyyətə humanitar sahəyə dəstəklə başlamışdıq. Sonra bu əməkdaşlığımız uzunmüddətli sektorlara - su idarəçiliyi, gənclər üçün təlimlər və s. də yönəldi. 2000-2011-ci ildə İsveçrə tərəfi Naxçıvanda 130 kəhrizin bərpasına 4 milyon dollar vəsait xərcləyib: "22 ildə İsveçrə Azərbaycana 110 milyon sərmayə yatırımı təşkil edib ki, bunun da sayəsində 90 layihə həyata keçirilib".
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu xətti ilə əməkdaşlığı da vurğulayan xanım Peneveyre qeyd edib ki, beynəlxalq əməkdaşlıq İsveçrə - Azərbaycan münasibətlərinin əsas sütunudur.