https://sputnik.az/20211212/milli-meclisin-bos-qalan-yerlerine-seckiler-kecirilecek-437188121.html
Milli Məclisin boş qalan yerlərinə seçkilər keçiriləcək
Milli Məclisin boş qalan yerlərinə seçkilər keçiriləcək
Sputnik Azərbaycan
BAKI, 12 dekabr - Sputnik. Milli Məslisdə boş qalan yerlərə seçkilərin keçirilməsi, yəqin ki, yaxın vaxtlarda mümkün olacaq. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T18:45+0400
2021-12-12T18:45+0400
2021-12-12T18:45+0400
siyasət
seçki
milli məclis
msk
vakant yerlər
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_0:235:4513:2773_1920x0_80_0_0_0e626c74476d38a0e22e09cd0d7beaa2.jpg
BAKI, 12 dekabr - Sputnik. Milli Məslisdə boş qalan yerlərə seçkilərin keçirilməsi, yəqin ki, yaxın vaxtlarda mümkün olacaq.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq", - deyə o bildirib."Demək olar ki, bütün dairələr üzrə işlər tamamlanıb. Ancaq bəzi dairələrdə toplantı keçirilib, təsdiqlənmə qalıb", - deyən Pənahov xatırladıb ki, sahə seçki komissiyalarının formalaşdırılmasını dairə seçki komissiyaları həyata keçirir. MSK sədri bildirib ki, bu prosesi daim nəzarətdə saxlayırlar.Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişdiyindən onun da yeri boşdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_250:0:4261:3008_1920x0_80_0_0_fc14e183734d2fcb32da1134c8315820.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, milli məclis, msk, vakant yerlər
seçki, milli məclis, msk, vakant yerlər
Milli Məclisin boş qalan yerlərinə seçkilər keçiriləcək
BAKI, 12 dekabr - Sputnik. Milli Məslisdə boş qalan yerlərə seçkilərin keçirilməsi, yəqin ki, yaxın vaxtlarda mümkün olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komisiyasının sədri
Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq", - deyə o bildirib.
"Demək olar ki, bütün dairələr üzrə işlər tamamlanıb. Ancaq bəzi dairələrdə toplantı keçirilib, təsdiqlənmə qalıb", - deyən Pənahov xatırladıb ki, sahə seçki komissiyalarının formalaşdırılmasını dairə seçki komissiyaları həyata keçirir.
MSK sədri bildirib ki, bu prosesi daim nəzarətdə saxlayırlar.
Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişdiyindən onun da yeri boşdur.