ELM

Kosmik turistlər, üçüncü cəhd

© REUTERS / JOE SKIPPERBlue Origin
Blue Origin - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
NS-19 adlı uçuş təxminən 11 dəqiqə çəkib, 6 nəfərlik ekipaj isə ilk dəfə kosmosa göndərilib.
BAKI, 12 dekabr — Sputnik. Ceff Bezosa məxsus "Blue Origin" kosmik tədqiqat şirkəti daha bir uçuşu uğurla başa vurdu.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, şirkət tərəfindən hazırlanmış “New Shepard” raketi ABŞ-ın Texas ştatından buraxılıb və kosmosa üçüncü turistik uçuşunu reallaşdırıb.
NS-19 adlı uçuş təxminən 11 dəqiqə çəkib, 6 nəfərlik ekipaj isə ilk dəfə kosmosa göndərilib. Uçuşda iştirak edən heyət arasında kosmosa uçan ilk amerikalı Alan Şepardın qızı Laura Şepard Çörli də olub. Atasından 60 il sonra kosmosa uçan Laura Şepard Çörli yerə enişin ardınca verdiyi açıqlamada atasının qayıdışını xəyal etdiyini bildirib.
Şepardı keçmiş futbolçu və televiziya aparıcısı Maykl Strahan, kosmik sənayenin investoru Dilan Teylor, investor Evan Dik, "Bess Ventures" şirkətinin qurucusu Leyn Bess və oğlu Kemeron Bess müşayiət ediblər. Qonaq kimi dəvə edilən Şepard və Strahandan səyahətə görə pul almayıblar.
Bess və oğlu kosmosa göndərilən ilk valideyn-övlad kimi tarixə düşüblər.
"Blue Origin" şirkəti səfəri bundan əvvəlki uçuşda kosmosa gedən və bir ay öncə təyyarə qəzasında həyatını itirmiş Qlen De Vriesə həsr edib.
Xəbər lenti
0