https://sputnik.az/20211212/gelen-il-maas-ve-pensiyalar-ne-qeder-artacaq-heftelik-icmal-437148552.html
Gələn il maaş və pensiyalar nə qədər artacaq-Həftəlik icmal
Gələn il maaş və pensiyalar nə qədər artacaq-Həftəlik icmal
Sputnik Azərbaycan
Azərbaycan neftinin bahalaşması, subsidiya almaq üçün müraciətin son müddəti, sosial qanunvericiliyə dəyişikliklər, gələn il üçün əməkhaqqı və pensiyalar... 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T08:45+0400
2021-12-12T08:45+0400
2021-12-12T08:45+0400
pensiya
iqtisadiyyat
amb
neft
azərbaycan banklar assosiasiyası
həştərxan
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796462_0:0:3072:1728_1920x0_80_0_0_0554080e59c52801b85451880ace6021.jpg
Bu həftə Azərbaycanda baş verən maraqlı iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Yola saldığımız həftədə Azərbaycan neftinin bahalaşması, gələn ilin maaş və pensiyaların artımı ilə bağlı açıqlamalar, bir sıra qanunlara dəyişikliklər və digərləri mühüm məsələlərdəndir.Maaş və pensiyalarMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn il əməkhaqqında orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq. Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".İş yerini itirənlər sığorta almaq üçün daha 3 ay gözləməyəcəklər"İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik edilməsi parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub.Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi. Dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.Azərbaycan neftinin bahalaşma səbəbiBu həftə Azərbaycan neftinin qiyməti 77 dollaradək yüksəlib. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,74 ABŞ dolları və ya 5,1% artaraq 77 dollar təşkil edib.Qeyd edək ki, koronavirusun yeni "Omikron" ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.Azərbaycan hasilatın artırılması ilə bağlı planın davam etdirilməsini məqbul hesab edir. Dekabrın 2-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. OPEC+un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirlərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan OPEC+un yeni qərarını dəstəkləyir. Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olmasını nəzərdə tutur.OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.Subsidiya almaq üçün müraciət müddəti başa çatır - TələsinFermerlərin öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməsi prosesi dekabrın 30-da başa çatır. Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ildə arpa və buğda sahəsinin hər hektarına görə 210 manat əkin subsidiyası veriləcək ki, bu da fermerin əkinə çəkdiyi istehsal xərclərinin önəmli hissəsini qarşılayır. Səpini başa çatdırmış fermerlər subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməli, 5 hektardan artıq sahəsi olan fermerlər torpağın aqrokimyəvi analizinin nəticələrini şəxsi kabinetə yükləməli, 10 hektardan artıq sahəsi olan fermerlər isə əlavə olaraq sahələrini sığortalamalıdır. Sığorta xərclərinin tam yarısı dövlət tərəfindən ödənilir.Əkin məlumatlarını son müddəti gözləmədən EKTİS-də bəyan etmək monitorinq prosesini daha tez yekunlaşdırmağa və fermerlərə ilin əvvəlində subsidiya ödəməyə imkan verir. Bəyanların tez edilməsi həmçinin fermerlərə daxil etdiyi məlumatlarda vaxtında düzəliş etmək imkanı yaradır. Bu səbəbdən fermerlər əkin məlumatlarını və zəruri sənədləri son müddəti gözləmədən bəyan etməklə subsidiyanı ilin əvvəlində almaq və "Fermer kartı"ndakı vəsaiti yaz dövründə yemləmə gübrəsi, pestisid və digər aqrar istehsal vasitələri almağa sərf etmək imkanı qazanırlar.Lirənin ucuzlaşması manata təsir edəcəkmi - AMB-nin mövqeyiAzərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev jurnalistlərə açıqlamasında deyib ki, türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil. Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil.Qeyd edək ki, son günlər türk lirəsi ciddi dəyər itirir. Hazırda 1 lirə 12 Azərbaycan qəpiyidir.Qarabağda sahibkarlara güzəştlərlə bağlı təkliflər hazırlanırİqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək.S.Ələkbərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir."İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə bir sıra vergiləri və rüsumları ödəməkdən azaddırlar: Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi; Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi; Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlarına görə torpaq vergisi; Müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV və gömrük rüsumu. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrin investisiya təşviqi sənədi verilən layihələrə aid edilməsi məsələsi də müzakirə olunur", - deyə nazir müavini diqqətə çatdırıb.Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub."Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sosial zonanın təşkilinə başlanacaqQarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb."Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib. Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.Həştərxan vilayəti ilə əlaqələr genişlənirİqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyini, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Nazir 2021-ci ilin Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı baxımından uğurlu olduğunu bildirib, bu gün açılışı həyata keçirilən Həştərxan İş Mərkəzinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində önəmli platforma olacağına əminliyini vurğulayıb.Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə marağını diqqətə çatdırıb, Rusiyanın federal subyektləri, həmçinin Həştərxan vilayəti ilə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulduğunu qeyd edib.Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri, xüsusilə gəmiçilik və limanlararası əməkdaşlıq, qarşılıqlı ixracın gücləndirilməsi məqsədilə Həştərxanda və Azərbaycanda müvafiq ticarət şəbəkələrinin yaradılması, kiçik və orta biznes tərəfdaşlığı, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.Bakıda Həştərxan İş Mərkəzinin açılışı olubBakıda Həştərxan İş Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyası tərəfindən Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin və Həştərxan Hökumətinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.Tədbirdə qeyd olunub ki, Azərbaycan tərəfindən Həştərxan şəhərində inşa edilmiş Azərbaycan İş Mərkəzi ilə eyni layihə əsasında Bakı şəhərində Həştərxan İş Mərkəzinin inşası üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib.Bildirilib ki, 100 nəfərə yaxın yerli vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulan, Azərbaycan-Rusiya dostluq əlaqələrinin bariz nümunəsi olan Həştərxan İş Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrini genişləndirmək, Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxışını asanlaşdırmaq, həmçinin sosial, mədəni sahələrdə körpü yaratmaqdır.Həştərxan və Bakıda yaradılmış mərkəzlər ölkələrimizin qarşılıqlı münasibətlərinin səviyyəsini yüksəltməyə, iş adamları arasında əlaqələri genişləndirməyə imkan verəcək.Bakıda V Bankçılıq ForumuAzərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ənənəvi V Beynəlxalq Bankçılıq Forumu keçirilib."Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" adı altında təşkil edilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, fintex sahəsindəki imkanların, kibertəhlükəsizlik tədbirləri ilə əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.Qlobal miqyasda internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıbMərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib ki, müasir texnologiyaların dinamik inkişafı iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərməklə fundamental dəyişikliklərə səbəb olub. Pandemiya rəqəmsallaşma trendlərini daha da sürətləndirib. Pandemiya müddətində qlobal miqyasda internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb. Azərbaycanda rəqəmsal ekosistemin yaradılmasının ölkədə həyata keçirilən institusional, sosial-iqtisadi yönümlü islahatların ana xəttini təşkil etdiyini deyən A.Quliyev diqqətə çatdırıb ki, hələ pandemiyadan əvvəl 2018-ci ilin sentyabrında dövlətimizin başçısı "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı təsdiqləməklə ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna öz siyasi dəstəyini nümayiş etdirib. 2020-ci ildə ölkədə icrası uğurla yekunlaşdırılan Proqram çərçivəsində Mərkəzi Bank, aidiyyəti dövlət təşkilatları və bank sektoru ilə birgə rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması və digər istiqamətlər üzrə müxtəlif tədbirlər, ölkəmiqyaslı layihələr reallaşdırılıb."Həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin nağdsız ödəniş göstəricilərində yüksək artım tempi müşahidə olunmaqdadır. Cari ilin 10 aylıq göstəricilərinə əsasən, ölkədaxili kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz bəndi artaraq ilk dəfə olaraq 30 faiz həddini keçib. Ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 71 faiz artaraq 8,6 milyard manat olub. Nağdsız ödənişlərin tərkibində böyük paya sahib olan elektron ticarətin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 65 faiz artaraq 5,5 milyard manata çatıb", - deyə Mərkəzi Bank sədrinin birinci müavini vurğulayıb.2025-ci ilədək ölkədə ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcəkAzərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, 2025-ci ilədək ölkədə ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcək. ABA Azərbaycanın bank strukturunda nağdsız infrastrukturun formalaşdırılması üzrə qlobal layihələr reallaşdırır. Yaradılan ekosistem dinamik inkişaf edir və 2018-2020-ci illər üzrə proqramlar uğurla başa çatdırılıb. Hazırda maliyyə sektorunda yeni hüquqi aktlar, texnologiya və innovasiyalar paketləri hazırlanır.
həştərxan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796462_341:0:3072:2048_1920x0_80_0_0_ea361050eba8223b901265fe984bb81a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, amb, neft, azərbaycan banklar assosiasiyası, həştərxan
pensiya, amb, neft, azərbaycan banklar assosiasiyası, həştərxan
Gələn il maaş və pensiyalar nə qədər artacaq-Həftəlik icmal
Azərbaycan neftinin bahalaşması, subsidiya almaq üçün müraciətin son müddəti, sosial qanunvericiliyə dəyişikliklər, gələn il üçün əməkhaqqı və pensiyalar Sputnik Azərbaycan-ın materialında.
Bu həftə Azərbaycanda baş verən maraqlı iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Yola saldığımız həftədə Azərbaycan neftinin bahalaşması, gələn ilin maaş və pensiyaların artımı ilə bağlı açıqlamalar, bir sıra qanunlara dəyişikliklər və digərləri mühüm məsələlərdəndir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn il əməkhaqqında orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq. Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".
İş yerini itirənlər sığorta almaq üçün daha 3 ay gözləməyəcəklər
"İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik edilməsi parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub.
Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi. Dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.
Azərbaycan neftinin bahalaşma səbəbi
Bu həftə Azərbaycan neftinin qiyməti 77 dollaradək yüksəlib. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,74 ABŞ dolları və ya 5,1% artaraq 77 dollar təşkil edib.
Qeyd edək ki, koronavirusun yeni "Omikron" ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
Azərbaycan hasilatın artırılması ilə bağlı planın davam etdirilməsini məqbul hesab edir. Dekabrın 2-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. OPEC+un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirlərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan OPEC+un yeni qərarını dəstəkləyir. Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olmasını nəzərdə tutur.
OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Subsidiya almaq üçün müraciət müddəti başa çatır - Tələsin
Fermerlərin öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməsi prosesi dekabrın 30-da başa çatır. Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ildə arpa və buğda sahəsinin hər hektarına görə 210 manat əkin subsidiyası veriləcək ki, bu da fermerin əkinə çəkdiyi istehsal xərclərinin önəmli hissəsini qarşılayır. Səpini başa çatdırmış fermerlər subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməli, 5 hektardan artıq sahəsi olan fermerlər torpağın aqrokimyəvi analizinin nəticələrini şəxsi kabinetə yükləməli, 10 hektardan artıq sahəsi olan fermerlər isə əlavə olaraq sahələrini sığortalamalıdır. Sığorta xərclərinin tam yarısı dövlət tərəfindən ödənilir.
Əkin məlumatlarını son müddəti gözləmədən EKTİS-də bəyan etmək monitorinq prosesini daha tez yekunlaşdırmağa və fermerlərə ilin əvvəlində subsidiya ödəməyə imkan verir. Bəyanların tez edilməsi həmçinin fermerlərə daxil etdiyi məlumatlarda vaxtında düzəliş etmək imkanı yaradır. Bu səbəbdən fermerlər əkin məlumatlarını və zəruri sənədləri son müddəti gözləmədən bəyan etməklə subsidiyanı ilin əvvəlində almaq və "Fermer kartı"ndakı vəsaiti yaz dövründə yemləmə gübrəsi, pestisid və digər aqrar istehsal vasitələri almağa sərf etmək imkanı qazanırlar.
Lirənin ucuzlaşması manata təsir edəcəkmi - AMB-nin mövqeyi
Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev jurnalistlərə açıqlamasında deyib ki, türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil. Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil.
Qeyd edək ki, son günlər türk lirəsi ciddi dəyər itirir. Hazırda 1 lirə 12 Azərbaycan qəpiyidir.
Qarabağda sahibkarlara güzəştlərlə bağlı təkliflər hazırlanır
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək.
S.Ələkbərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.
"İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə bir sıra vergiləri və rüsumları ödəməkdən azaddırlar: Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi; Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi; Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlarına görə torpaq vergisi; Müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV və gömrük rüsumu. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrin investisiya təşviqi sənədi verilən layihələrə aid edilməsi məsələsi də müzakirə olunur", - deyə nazir müavini diqqətə çatdırıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sosial zonanın təşkilinə başlanacaq
Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib. Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
Həştərxan vilayəti ilə əlaqələr genişlənir
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyini, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Nazir 2021-ci ilin Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı baxımından uğurlu olduğunu bildirib, bu gün açılışı həyata keçirilən Həştərxan İş Mərkəzinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində önəmli platforma olacağına əminliyini vurğulayıb.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə marağını diqqətə çatdırıb, Rusiyanın federal subyektləri, həmçinin Həştərxan vilayəti ilə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulduğunu qeyd edib.
Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri, xüsusilə gəmiçilik və limanlararası əməkdaşlıq, qarşılıqlı ixracın gücləndirilməsi məqsədilə Həştərxanda və Azərbaycanda müvafiq ticarət şəbəkələrinin yaradılması, kiçik və orta biznes tərəfdaşlığı, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.
Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.
Bakıda Həştərxan İş Mərkəzinin açılışı olub
Bakıda Həştərxan İş Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyası tərəfindən Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin və Həştərxan Hökumətinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan tərəfindən Həştərxan şəhərində inşa edilmiş Azərbaycan İş Mərkəzi ilə eyni layihə əsasında Bakı şəhərində Həştərxan İş Mərkəzinin inşası üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, 100 nəfərə yaxın yerli vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulan, Azərbaycan-Rusiya dostluq əlaqələrinin bariz nümunəsi olan Həştərxan İş Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrini genişləndirmək, Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxışını asanlaşdırmaq, həmçinin sosial, mədəni sahələrdə körpü yaratmaqdır.
Həştərxan və Bakıda yaradılmış mərkəzlər ölkələrimizin qarşılıqlı münasibətlərinin səviyyəsini yüksəltməyə, iş adamları arasında əlaqələri genişləndirməyə imkan verəcək.
Bakıda V Bankçılıq Forumu
Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ənənəvi V Beynəlxalq Bankçılıq Forumu keçirilib.
"Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" adı altında təşkil edilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, fintex sahəsindəki imkanların, kibertəhlükəsizlik tədbirləri ilə əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Qlobal miqyasda internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb
Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib ki, müasir texnologiyaların dinamik inkişafı iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərməklə fundamental dəyişikliklərə səbəb olub. Pandemiya rəqəmsallaşma trendlərini daha da sürətləndirib. Pandemiya müddətində qlobal miqyasda internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb. Azərbaycanda rəqəmsal ekosistemin yaradılmasının ölkədə həyata keçirilən institusional, sosial-iqtisadi yönümlü islahatların ana xəttini təşkil etdiyini deyən A.Quliyev diqqətə çatdırıb ki, hələ pandemiyadan əvvəl 2018-ci ilin sentyabrında dövlətimizin başçısı "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı təsdiqləməklə ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna öz siyasi dəstəyini nümayiş etdirib. 2020-ci ildə ölkədə icrası uğurla yekunlaşdırılan Proqram çərçivəsində Mərkəzi Bank, aidiyyəti dövlət təşkilatları və bank sektoru ilə birgə rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, rəqəmsal ekosistemin formalaşdırılması və digər istiqamətlər üzrə müxtəlif tədbirlər, ölkəmiqyaslı layihələr reallaşdırılıb.
"Həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin nağdsız ödəniş göstəricilərində yüksək artım tempi müşahidə olunmaqdadır. Cari ilin 10 aylıq göstəricilərinə əsasən, ölkədaxili kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz bəndi artaraq ilk dəfə olaraq 30 faiz həddini keçib. Ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 71 faiz artaraq 8,6 milyard manat olub. Nağdsız ödənişlərin tərkibində böyük paya sahib olan elektron ticarətin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 65 faiz artaraq 5,5 milyard manata çatıb", - deyə Mərkəzi Bank sədrinin birinci müavini vurğulayıb.
2025-ci ilədək ölkədə ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcək
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, 2025-ci ilədək ölkədə ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcək. ABA Azərbaycanın bank strukturunda nağdsız infrastrukturun formalaşdırılması üzrə qlobal layihələr reallaşdırır. Yaradılan ekosistem dinamik inkişaf edir və 2018-2020-ci illər üzrə proqramlar uğurla başa çatdırılıb. Hazırda maliyyə sektorunda yeni hüquqi aktlar, texnologiya və innovasiyalar paketləri hazırlanır.