https://sputnik.az/20211212/a-daxilinde-gerginlik-uzv-olke-pul-odememek-haqda-dusunur-437191476.html
Aİ daxilində gərginlik: üzv ölkə pul ödəməmək haqda düşünür
Aİ daxilində gərginlik: üzv ölkə pul ödəməmək haqda düşünür
Sputnik Azərbaycan
Bundan öncə Polşanın hakim "Hüquq və Ədalət" partiyasının (PiS) sədri Yaroslav Kaçinski fraksiyanın növbədənkənar iclasında bildirmişdi ki, Avropa İttifaqında... 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T21:35+0400
2021-12-12T21:35+0400
2021-12-12T21:35+0400
dünya xəbərləri
avropa ittifaqı
polşa
üzvlük haqqı
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426736807_0:59:3073:1787_1920x0_80_0_0_e22a10cca1410826402d7489d6056bc1.jpg
BAKI, 12 dekabr - Sputnik. Polşanın Ədliyyə naziri Zbiqnev Zebro bəyan edib ki, əgər Avropa İttifaqı Polşanı maliyyələşdirməyi dayandırsa və qanunun aliliyi məsələsində təzyiqini davam etdirsə, Varşava Aİ-yə üzvlük haqqı ödəməyi dayandırmalı və Brüsseldə qəbul edilən qərarlara veto qoymağa başlamalıdır.Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times yazır."Polşa Aİ-nin şantajına cavab verməli və Avropa İttifaqı tərəfindən qaldırılan, yekdil qərar tələb edən bütün mövzulara veto qoymalıdır. Polşa həmçinin elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olan iqlim və enerji siyasətinə dair Aİ qarşısındakı öhdəliklərinə də yenidən baxmalıdır", - Zebro deyib.Ədliyyə nazirinin sözlərinə görə, əgər bu vəziyyətə dair mübahisə yenidən qızışsa, o zaman o, Polşanın Avropa İttifaqına pul ödəməsini dayandırmasını tələb etməyə məcbur olacaq.Bundan öncə Polşanın hakim "Hüquq və Ədalət" partiyasının (PiS) sədri Yaroslav Kaçinski fraksiyanın növbədənkənar iclasında bildirmişdi ki, Avropa İttifaqında "dördüncü reyx" yaranır.Siyasətçi deputatları səfərbər olmağa səsləyərək qeyd etmişdi ki, siyasi vəziyyət həddən artıq qəlizləşib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426736807_0:0:2731:2048_1920x0_80_0_0_205406edae0424d0e7d6706592ff11eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa ittifaqı, polşa, üzvlük haqqı
avropa ittifaqı, polşa, üzvlük haqqı
Aİ daxilində gərginlik: üzv ölkə pul ödəməmək haqda düşünür
Bundan öncə Polşanın hakim "Hüquq və Ədalət" partiyasının (PiS) sədri Yaroslav Kaçinski fraksiyanın növbədənkənar iclasında bildirmişdi ki, Avropa İttifaqında "dördüncü reyx" yaranır.
BAKI, 12 dekabr - Sputnik. Polşanın Ədliyyə naziri Zbiqnev Zebro bəyan edib ki, əgər Avropa İttifaqı Polşanı maliyyələşdirməyi dayandırsa və qanunun aliliyi məsələsində təzyiqini davam etdirsə, Varşava Aİ-yə üzvlük haqqı ödəməyi dayandırmalı və Brüsseldə qəbul edilən qərarlara veto qoymağa başlamalıdır.
"Polşa Aİ-nin şantajına cavab verməli və Avropa İttifaqı tərəfindən qaldırılan, yekdil qərar tələb edən bütün mövzulara veto qoymalıdır. Polşa həmçinin elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olan iqlim və enerji siyasətinə dair Aİ qarşısındakı öhdəliklərinə də yenidən baxmalıdır", - Zebro deyib.
Ədliyyə nazirinin sözlərinə görə, əgər bu vəziyyətə dair mübahisə yenidən qızışsa, o zaman o, Polşanın Avropa İttifaqına pul ödəməsini dayandırmasını tələb etməyə məcbur olacaq.
Bundan öncə Polşanın hakim "Hüquq və Ədalət" partiyasının (PiS) sədri Yaroslav Kaçinski fraksiyanın növbədənkənar iclasında bildirmişdi ki, Avropa İttifaqında "dördüncü reyx" yaranır.
Siyasətçi deputatları səfərbər olmağa səsləyərək qeyd etmişdi ki, siyasi vəziyyət həddən artıq qəlizləşib.