Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ötən günün fövqəladə xronikası

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər, o cümlədən Şirvan şəhərində ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib
BAKI, 11 dekabr — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər, o cümlədən Şirvan şəhərində ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib. Həmçinin, Hacıqabul rayonu ərazisində "KamAZ" və "Mercedes" markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan "KamAZ" markalı yük avtomobilindən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verlib.
Həmçinin oxuyun:
Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb
FHN-dən əhaliyə xəbərdarlıq
Xəbər lenti
0