https://sputnik.az/20211211/ki-yuzden-artiq-sexs-covid-19-pasportu-olmadigina-gore-toylara-buraxilmayib-437163488.html
İki yüzdən artıq şəxs "COVID-19" pasportu olmadığına görə toylara buraxılmayıb
İki yüzdən artıq şəxs "COVID-19" pasportu olmadığına görə toylara buraxılmayıb
Sputnik Azərbaycan
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci... 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T11:31+0400
2021-12-11T11:31+0400
2021-12-11T12:54+0400
covid-19 pasportu
cəmiyyət
inzibati xətalar məcəlləsi
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433920968_0:0:3072:1728_1920x0_80_0_0_0dfb0052fbad308a1e026c5deb01d162.jpg
BAKI, 11 dekabr — Sputnik. Dekabrın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 307 toy şənliyinin monitorinqini həyata keçirib.Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, , monitorinq 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 228 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.Xatırladaq ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.Qərara əsasən, 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir. Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimləri onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir.Həmçinin oxuyun:Bəzi məhdudiyyətlər aradan qaldırılıb: Gecə saat 2-yə qədər əylənə bilərsiz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433920968_341:0:3072:2048_1920x0_80_0_0_daf2ec580c45b14a2e10a773bea00b86.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19 pasportu, inzibati xətalar məcəlləsi, qida təhlükəsizliyi agentliyi
covid-19 pasportu, inzibati xətalar məcəlləsi, qida təhlükəsizliyi agentliyi
İki yüzdən artıq şəxs "COVID-19" pasportu olmadığına görə toylara buraxılmayıb
11:31 11.12.2021 (Yenilənib: 12:54 11.12.2021) Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub, 228 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
BAKI, 11 dekabr — Sputnik. Dekabrın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 307 toy şənliyinin monitorinqini həyata keçirib.
Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, , monitorinq 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 228 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xatırladaq ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.
İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir. Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimləri onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir.