SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev İstanbulda: Günahsız insanları öldürənlər əzabkeş kimi təqdim edilir

© Sputnik / Murad OrujovHikmət Hacıyev
Hikmət Hacıyev  - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Bu gün İstanbulda başlayan forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.
BAKI, 11 dekabr — Sputnik. Qarabağda, Xocalıda Azərbaycanın günahsız insanları öldürüldüyü halda, elə təqdimat edilirdi ki, guya ermənilər savaşdan əziyyət çəkən bir millətdir.
Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.
“Biz Qarabağ münaqişəsinin ilk günlərindən bu yalanların fonunda belə problemlərlə üzləşərək uzunmüddətli bir yola çıxdıq. Ona görə də Ermənistanın Azərbaycana qarşı apardığı bu savaş müddətində 30 illik strateji kommunikasiya formalaşdıraraq onu həyata keçirməyə başladıq. Burada əsas amacımız Azərbaycan tərəfindən həyata keçirilən bütün siyasətin və dünyaya təqdim olunan mesajların koordinasiyalı bir şəkildə çatdırılması çox idi”, - deyə H.Hacıyev vurğulayıb.
***
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.
Sputnik Azərbaycan xəbər verir ki, o, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumunda iştirak edir.
H.Hacıyev tədbirdə "Qarabağ: bir zəfərin kommunikasiyası" mövzusunda çıxış edəcək.
Bu gün İstanbulda başlayan forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.
Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndiriləcək. Forum iki gün davam edəcək.
Xəbər lenti
0