https://sputnik.az/20211211/azerbaycan-ehalisi-bu-il-icki-ve-siqarete-2-mlrd-manat-xercleyib-437169511.html
Azərbaycan əhalisi bu il içki və siqaretə 2 mlrd. manat xərcləyib
Azərbaycan əhalisi bu il içki və siqaretə 2 mlrd. manat xərcləyib
Sputnik Azərbaycan
Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır. 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T19:37+0400
2021-12-11T19:37+0400
2021-12-11T19:37+0400
siqaret
iqtisadiyyat
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_0:141:2000:1266_1920x0_80_0_0_49fe8072bae2b7e6e77239ddf540b2c9.jpg
BAKI, 11 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,909 mlrd. manat xərclənib.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb. Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.Qeyd edək ki, 2020-ci ildə isə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 168,5 mln. manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 0,5% artmışdı.Azərbaycanda papiros və siqaret istehsalı kəskin artıbDövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 395,5 milyon ədəd papiros və siqaret istehsal edilib ki, bu da illik müqayisədə 80,3% artıb. Eyni dövrdə Azərbaycanda 853,8 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1972,3 ton fermentləşdirilmiş tütün istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,9% azdır. Hesabat dövründə ölkədə 1433,8 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.Siqaret idxalı azalıb2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün ixracı 34,1 faiz azalıb. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında siqaret idxalı 17,5 faiz azalıb. 2021-ci il oktyabrın 1-nə kimi sahələrdən 4,8 min ton (1,5 faiz çox) tütün yığılıb.Həmçinin oxuyun:Siqaret və arağın aksiz dərəcələri artırılırGeridə qalmışların həvəsi - Zərərli trend Azərbaycanda qadınları da haqladıSiqaret, COVID-19 peyvəndindən sonra antitel səviyyəsini aşağı salırMütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_227:0:2000:1330_1920x0_80_0_0_2e7f482fd6d70eb675952f534434e881.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siqaret, dövlət statistika komitəsi
siqaret, dövlət statistika komitəsi
Azərbaycan əhalisi bu il içki və siqaretə 2 mlrd. manat xərcləyib
Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.
BAKI, 11 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,909 mlrd. manat xərclənib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb. Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.
Qeyd edək ki, 2020-ci ildə isə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 168,5 mln. manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 0,5% artmışdı.
Azərbaycanda papiros və siqaret istehsalı kəskin artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 395,5 milyon ədəd papiros və siqaret istehsal edilib ki, bu da illik müqayisədə 80,3% artıb. Eyni dövrdə Azərbaycanda 853,8 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1972,3 ton fermentləşdirilmiş tütün istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,9% azdır. Hesabat dövründə ölkədə 1433,8 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.
2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün ixracı 34,1 faiz azalıb. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında siqaret idxalı 17,5 faiz azalıb. 2021-ci il oktyabrın 1-nə kimi sahələrdən 4,8 min ton (1,5 faiz çox) tütün yığılıb.
Geridə qalmışların həvəsi - Zərərli trend Azərbaycanda qadınları da haqladı