DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Karen Donfridi Kiyev və Moskvaya göndərəcək

© MARK WILSON / Getty Images via AFPГосударственный департамент США в Вашингтоне
Государственный департамент США в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Kiyev və Moskvada keçiriləcək görüşlərdə Ukrayna ətrafında gərginlik, regionda sülh və sabitliyin bərqərar olması, qarşılıqlı əlaqələrin qurulması müzakirə olunacaq.
BAKI, 11 dekabr - Sputnik. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid dekabrın 13-15-də Rusiya və Ukraynaya səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, Donfrid daha sonra məsləhətləşmələr üçün Belçikaya gedəcək.
Kiyev və Moskvada keçiriləcək görüşlərdə Ukrayna ətrafında gərginlik, regionda sülh və sabitliyin bərqərar olması, qarşılıqlı əlaqələrin qurulması müzakirə olunacaq.
Brüsseldə isə NATO müttəfiqləri və Avropa İttifaqı rəsmiləri ilə Ukraynadakı gərginliyin diplomatik həlli səyləri ilə bağlı məsləhətləşmələr aparılacaq.
Donfrid Azərbaycanın addımlarını təqdir edib
Xatırladaq ki, dekabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.
Tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.

Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib.

Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Həmçinin oxuyun:
Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridilə danışıb
Xəbər lenti
0