DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da dəhşət: Tornado çoxsaylı insan tələfatına səbəb oldu, Bayden rəsmiləri topladı

© 5.uaTornado
Tornado - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib, təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün Milli Qvardiyanın bölmələri cəlb olunub.
BAKI, 11 dekabr - Sputnik. ABŞ Prezidenti Cozef Bayden qasırğadan zərər çəkmiş bölgələrə kömək üçün federal resursların ayrılmasını tapşırıb.
Ağ Evdən yayılan məlumatda bildirilir ki, fövqəladə halların idarə edilməsi üzrə federal agentliyin rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə köməkçi, baş qərargah rəisinin müavini və daxili işlər naziri kritik hava şəraiti barədə prezidentə məruzə ediblər.
ABŞ-ın İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla, bir sıra ştatlarını qasırğa bürüyüb.
Arkanzas ştatında qocalar evində baş verən təbii fəlakət nəticəsində bir nəfər ölüb. Tennessi ştatında üç nəfər ölüb. Kentukki ştatının qubernatoru Endi Beşir tornadoda ölənlərin sayının 100-ə çata biləcəyini təxmin edir.
***
ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir tornadoda ən azı 70 nəfərin öldüyünü deyib.
Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qubernator mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, ölənlərin sayı 100 nəfərə qədər arta bilər.
E.Beşir qeyd edib ki, bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib, təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün Milli Qvardiyanın bölmələri cəlb olunub.
***
ABŞ-ın İllinoys ştatının Edvardsvill şəhərindəki "Amazon" şirkətinin anbarının qasırğa səbəbindən qismən dağılmasından sonra onlarla insan dağıntı altında qalıb.
Bu barədə hakimiyyət orqanlarına istinadən "Fox News" kanalının yerli bölməsi məlumat yayıb.
Bildirilir ki, binada 50-100 nəfər yerləşə bilər. Hadisə yerində xilasedicilər işləyir. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, cümə günü ABŞ meteoroloqları Arkanzas, Kentukki və İllinoys ştatlarının bir neçə əyalətində tornado ehtimalı barədə xəbərdarlıq edib.
Xəbər lenti
0