Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanını qəbul edib

© AR Ministry of DefenceMüdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Görüşdə regionda hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.
BAKI, 10 dekabr - Sputnik. Dekabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Müdafiə naziri Bəhreyn Krallığı ilə birgə hərbi əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə görülən işlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qonaq həm öz adından, həm də Bəhreyn Kralı adından Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təbriklərinin çatdırılmasını xahiş edib.
Görüşdə regionda hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.
Həmçinin oxuyun:
Baş Qərargah rəisi kursantlarla görüşüb
PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib
Tank əleyhinə batareyalar və toplar şərti düşmənin zirehli texnikalarını məhv edib - VİDEO
HHM bölmələrinin döyüş atışları keçirilib
Xəbər lenti
0