Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prokurorluq "Azərişıq" əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb

© Official website of President of Azerbaijan RepublicProkurorluq
Prokurorluq  - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb
BAKI, 10 dekabr — Sputnik. Prokurorluq ötən gün Ağdamda "Azərişığ"ın əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb.
Ağdam rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 9-u saat 17 radələrində "Azərişıq" ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyev və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Firdovsi Mirzəyev və Şükür Mirzəyev Ağdam rayonu, Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulması müəyyən edilib, bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildirərkən sonuncunun evində qonaq olan tanışı Rəhim Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirib.
Qeyd edək ki, Ağdamda xidməti vəzifəsini yerinə yetirərkən abonent tərəfindən bıçaqlanan iki montyordan biri süni tənəffüs aparatına qoşulub. Məlumata görə, bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən Şükür Mirzəyevin vəziyyəti ağırdır.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Bildirək ki, bu, "Azərişıq" əməkdaşlarına qarşı son günlər ərzində ikinci hücumdur. Qurumun Lənkərandakı əməkdaşı Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili kənar xətdən istifadə edən abonent tərəfindən yandırılıb.
Eləcə də oxuyun:
* "Azərişıq": "Əməkdaşımızın maşınını yandıran şəxs ötən il də oğurluq edib"
* "Azərişığ"ın 17 milyon kilovat/saatını oğurlayıblar
* Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğaclarının pulunu kim verəcək?
* "Azərişığ"ın əməkdaşı minaya düşüb
Xəbər lenti
0