Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nənənin iddiaları yalan çıxdı - nəvə sağ və salamatdır

© Photo : AZƏRTACBakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun ayaq nahiyələrində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Hadisənin təfərrüatı araşdırılır.
BAKI, 10 dekabr — Sputnik. Şirvan şəhər sakini Tamella Mustafayeva 2008-ci il təvəllüdlü nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakı şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, iddialar dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb, bütün təfərrüatları yoxlanılıb. Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçəsi olması ilə bağlı olan iddialar təsdiqini tapmayıb.
A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. Heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını heç iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. Bu gün yenidən ailə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər
Həmçinin oxuyun:
"Məktəbə bıçaqla gələn" şagirdlə bağlı rəsmi açıqlama
Xəbər lenti
0