Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bəzi marşrutların hərəkət sxemində dəyişiklik ediləcək

© Sputnik / Irade JELILBakubus avtobusu, arxiv şəkli
Bakubus avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcək.
BAKI, 10 dekabr — Sputnik. Şənbə günü, dekabrın 11-də saat 11:00-dan 15:00-a qədər Bakıda 7B, 79,165, 205 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.
Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, buna səbəb S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətin tətbiq edilməsidir.
Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi – C.Səlimov küçəsi – Ə.Salamzadə küçəsi – Tbilisi prospekti, daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.
Eləcə də oxuyun:
* Bakıda bu marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
* BNA avtobus sürücüsü ilə bağlı insident haqda: "İnzibati məsuliyyət yaradır"
Xəbər lenti
0