QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ANAMA vətəndaşlara xəbərdarlıq edib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər /
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər / - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Sputnik Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir: "Minalar insanların gözlə aşkar edə bilməyəcəyi şəkildə basdırılır. Naməlum əşya gördükdə yaxınlaşmayın, toxunmayın və aidiyyəti qurumlara müraciət edin".
Məlumat üçün bildirək ki, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Eləcə də oxuyun:
* Şuşada iki nəfər minaya düşərək həlak oldu - ANAMA detalları açıqladı
* Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik veriləcək
* İki hərbi qulluqçumuz minaya düşüb
* Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb
Xəbər lenti
0