QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşada iki nəfər minaya düşərək həlak oldu - ANAMA detalları açıqladı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub.
BAKI, 9 dekabr — Sputnik. Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub.
ANAMA-dan APA-ya verilən məlumata görə, hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
"Partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olublar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılmış ilkin araşdırmalara görə, hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasın, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar", - deyə məlumatda qeyd edilib.
Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
-------------
13:20
Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub.
Sputnik Azərbaycan bildirir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan zaman Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyev həlak olublar.
--------------
12:57
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.
Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, noyabrın 29-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alıb.
Onun sağ ayağı travmatik amputasiya olunub.
Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir".
Eləcə də oxuyun:
* Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik veriləcək
* İki hərbi qulluqçumuz minaya düşüb
* Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb
Xəbər lenti
0