https://sputnik.az/20211210/adambasina-dukandan-her-ay-188-manatliq-erzaq-almisiq---statistika-437134515.html
Adambaşına dükandan hər ay 188 manatlıq ərzaq almışıq - Statistika
Adambaşına dükandan hər ay 188 manatlıq ərzaq almışıq - Statistika
Sputnik Azərbaycan
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün... 10.12.2021, Sputnik Azərbaycan
2021-12-10T12:48+0400
2021-12-10T12:48+0400
2021-12-10T12:48+0400
cəmiyyət
iqtisadi
ticarət
dövriyyə
artım
https://cdnn1.img.sputnik.az/img/41315/96/413159674_0:283:3073:2011_1920x0_80_0_0_3fa55acb5cc809cb2a31faa792c19634.jpg
BAKI, 10 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 327,5 mln. manatlıq, o cümlədən 20 751,2 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 576,3 mln. manatlıq qeyri-ərzaq malları satılıb.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1%-i ərzaq məhsullarının, 5,0%-i içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 22,6%-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3% artıb, fərdi sahibkarlar üzrə 2,7%, bazar və yarmarkalarda 0,4 % azalıb.Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,4%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4% artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin noyabr ayına nisbətən 11,1% artıb.Həmçinin oxuyun:Ticarət obyektlərindəki qadağalardan daha biri götürülürAlış-veriş mərkəzlərində koronavirus təhlükəsi - Nələrə diqqət yetirməliyik
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41315/96/413159674_133:0:2864:2048_1920x0_80_0_0_c794b766a517a87504d710b58e61d11f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadi, ticarət, dövriyyə, artım
iqtisadi, ticarət, dövriyyə, artım
Adambaşına dükandan hər ay 188 manatlıq ərzaq almışıq - Statistika
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.
BAKI, 10 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 327,5 mln. manatlıq, o cümlədən 20 751,2 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 576,3 mln. manatlıq qeyri-ərzaq malları satılıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1%-i ərzaq məhsullarının, 5,0%-i içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 22,6%-i isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3% artıb, fərdi sahibkarlar üzrə 2,7%, bazar və yarmarkalarda 0,4 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,4%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4% artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin noyabr ayına nisbətən 11,1% artıb.