CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yolka satıcısı: Hələ siftə etməmişik

© Sputnik / Zulfiyya GuluyevaBakıda Yeni İl yaramarkası
Bakıda Yeni İl yaramarkası - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Pandemiya səbəbindən yolların əksər ölkələrlə bağlı olması iki ildir ki, yeni aksesuarların gətirilməsini mümkünsüz edib.
BAKI, 9 dekabr — Sputnik. Paytaxtda metrostansiyaların çıxışında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bayram çadırları quraşdırılıb. Bayram çadırlarında yolkalar, yeni il aksesuarları satışa çıxarılıb. Sputnik Azərbaycan yeni il ərəfəsi bir yolkanın bəzədilməsi üçün nə qədər xərc tələb olunduğunu araşdırıb.
Əvvəlcə yolumuzu metro stansiyalarının çıxışındakı bayram çadırlarından salırıq. Elmlər Akademiyası metro stansiyasının çıxışında quraşdırılmış bayram çadırı beş gündür ki, fəaliyyətə fəaliyyət göstərir. Bayram çadırlarında yolkalar, bayram aksesuarları, uşaqlar üçün yeni ilin gəlişini ehtiva edən geyimlər satışa çıxardılıb. Satıcı Sədullah Rövşənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, satışdakı yolkaların, yeni il aksesuarlarının qiymətində ciddi bahalaşma yoxdur. Onun sözlərinə görə, yolkaların qiyməti ölçüsünə və keyfiyyətinə görə dəyişir:

"60 sm-lik yolka - 6 manat, 90 sm - 11 manat, 1,5 m ölçüdə - 37 manat, 1,2 m - 23 manat, 1,80 m ölçüdə olan yolkalar 57 manata satılır. Yolkanın bəzədilməsi üçün oyuncaqların qiyməti isə 3 manatdan 20 manatadək dəyişir. Daha iri ölçüdə olan yolka oyuncaqları isə 22-25 manata satılır".

© Sputnik / Zulfiyya GuluyevaSatışda olan yeni il yolkaları və aksesuarları əsasən Çin və Rusiya istehsalıdır
Bakıda Yeni İl yaramarkası - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Satışda olan yeni il yolkaları və aksesuarları əsasən Çin və Rusiya istehsalıdır
Satıcı satışda olan yeni il yolkalarının və aksesuarların əsasən Çin, Rusiya istehsalı olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda ən çox təlabat 2022-ci ilin rəmzi olan pələng oyuncaqlarınadır. Bu oyuncaqların ən kiçiyi 3 manata, ən böyüyü isə 12 manata satılır. Bundan əlavə, yeni ilin atributlarından olan Şaxta baba və Qar qız aksesuarların da qiyməti ölçüsündən asılı olaraq 7-26 manat arasında dəyişir. Şaxta baba papaqları isə 3 manatdan ucuz deyil. Satıcı qiymətlərdə ciddi bahalaşma olmadığını desə də, ötən il 1-2 manata satılan şaxta baba papaqlarının qiymətində 1 manatadək artımın olduğu göz önündə idi.
Satıcı bildirdi ki, yarmarkalara üz tutan insanlar çoxdur. Ən çox satılan məhsullar isə suvenirlər və qar dənəciyi şəkilli yolka işıqlarıdır. S.Rövşənovun sözlərinə görə, bir yolkanın bəzədilməsi orta hesabla 60 manata başa gəlir. Bu məbləğ yolkanın ölçüsü və seçilən bəzək əşyalarının ölçü və sayına görə dəyişə bilər.
© Sputnik / Zulfiyya GuluyevaYarmarkalarda ən çox satılan məhsullar isə suvenirlər və qar dənəciyi şəkilli yolka işıqlarıdır
Bakıda Yeni İl yaramarkası - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Yarmarkalarda ən çox satılan məhsullar isə suvenirlər və qar dənəciyi şəkilli yolka işıqlarıdır
Rəngli işıqların ən ucuzunun qiyməti 7 manatdan 25 manata qədərdir. Yumşaq oyuncaqların ən ucuzunun qiyməti 3 manat 50 qəpik, bahalılarının isə 20 manatdan 38 manata qədər dəyişir. Şarların bir ədədinin qiyməti isə 10 qəpikdən başlayır.
Bayram çadırlarında nisbətən münasib qiymətə yolka və aksesuarları almaq mümkün olsa da, mağazalarda qiymətlər elə də ucuz deyil. Azadlıq prospektində yerləşən yeni il aksesuarları satış mağazasında ən ucuz yolkanın qiymət 150 manatdır. Satıcı bildirdi ki, yolkaların qiyməti ölçüsünə görə dəyişir. 3 metr hündürlüyündə yolkanın qiyməti 600, 850, 1200 manat arasında dəyişir. Burada yolkanı bəzəmək üçün şüşə oyuncaqların bir ədədinin qiyməti 5-7 manat arasında dəyişir. Şaxta baba 120, qar qız isə 95-130 manata satılır.
© Sputnik / Zulfiyya GuluyevaYeni il yarmakalarında rəngli işıqların ən ucuzunun qiyməti 7 manatdan iyirmi beş manata qədərdir
Bakıda Yeni İl yaramarkası - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Yeni il yarmakalarında rəngli işıqların ən ucuzunun qiyməti 7 manatdan iyirmi beş manata qədərdir
Mağazanın satıcısı pandemiyadan əvvəl yolkaların daha baha satıldığını söylədi. Onun sözlərinə görə, pandemiya səbəbindən bu il yeni yeni il aksesuarları gətirilməyib. Anbarda olan mallar mağazaya daşınıb:
"Bizim bazarımız ildə bir dəfə, bir ay olur. Bu il isə heç siftə etməmişik. Həm şəhidlərimizə görə, həmçinin də pandemiya səbəbindən alıcı yoxdur. Malları bir həftədir ki, mağazaya yığsaq da hələ bir yolka belə satmamışıq".
Mağazanın rəhbərliyindən bildirdilər ki, pandemiya səbəbindən yolların əksər ölkələrlə bağlı olması iki ildir ki, yeni aksesuarların gətirilməsini mümkünsüz edib.
Həmsöhbətimiz bildirdi ki, pandemiyadan əvvəl yeni il alış-verişinə dekabrın ilk günlərindən başlanılırdı. Pandemiya dövründə əksər müəssisələr, ofislər bağlandığından, böyük ölçülü yolkalara təlabat kəskin azalıb.
© Sputnik / Zulfiyya GuluyevaAlıcılar yeni ili daha yaxşı qeyd etmək üçün bayram əhval ruhiyyəsinin olmadığını söyləyirlər
Bakıda Yeni İl yaramarkası - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Alıcılar yeni ili daha yaxşı qeyd etmək üçün bayram əhval ruhiyyəsinin olmadığını söyləyirlər
Alıcılar isə yeni ili daha yaxşı qeyd etmək üçün bayram əhval ruhiyyəsinin olmadığını söyləyirlər. Mağazada apardığımız müşahidələr zamanı alıcıların daha ucuz qiymətə uşaqlar üçün yeni il oyuncaqları almağa üstünlük verdiyinin şahidi olduq.
Qeyd edək ki, hər il Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə metro stansiyalarının qarşısında bayram yarmarkaları qurulur. Ötən il isə pandemiya səbəbidən bayram yarmarkası təşkil edilməmişdi.
Həmçinin oxuyun:
"Soyuq əllər, isti ürək": Bakıda Yeni il yarmarkası açılıb
Xəbər lenti
0