https://sputnik.az/20211209/beynelxalq-korrupusiya-ile-mubarize-gunu-437095250.html
Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü
Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü
Sputnik Azərbaycan
Azərbaycan fəal şəkildə korrupsiyanın bütün növləri ilə mübarizə aparır - son illər ərzində müxtəlif məmurlara qarşı onlarla cinayət işi qaldırılıb. 09.12.2021, Sputnik Azərbaycan
2021-12-09T11:25+0400
2021-12-09T11:25+0400
2021-12-09T13:25+0400
infoqrafika
korrupsiyaya qarşı mübarizə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437069880_0:0:268:152_1920x0_80_0_0_f204904412fc4cb350315400875c9866.png
Azərbaycan ölkənin iqtisadiyyatına zərbə vuran əsas problemlərdən olan korrupsiya ilə ciddi mübarizə aparır.Hazırda ölkəmizdə həyata keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bu, bir faktdır ki, respublikamızın beynəlxalq aləmdəki reytinqinin yüksəldilməsində böyük rol oynayan əsas amillərdən biri korrupsiya və rüşvətxorluğun qarşısının alınmasıdır. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaydığı məlumatda da göstərilir ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilib.Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu sosial bəlanın tarixi çox qədimdir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir.Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Dövlət başçısı hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiyanın olduğunu bildirib: “Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə, əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur”.Beynəlxalq Korrupusiya ilə mübarizə günü ilə bağlı Sputnik Azərbaycan rüşvətxorluqla bağlı cinayət işlərinin statistikasını əks etdirən infoqrafika hazırlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437069877_0:0:269:202_1920x0_80_0_0_6ed0662cbdee7deb7db22e586ecfe449.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
korrupsiyaya qarşı mübarizə, инфографика
korrupsiyaya qarşı mübarizə, инфографика
Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü
11:25 09.12.2021 (Yenilənib: 13:25 09.12.2021) Azərbaycan fəal şəkildə korrupsiyanın bütün növləri ilə mübarizə aparır - son illər ərzində müxtəlif məmurlara qarşı onlarla cinayət işi qaldırılıb.
Azərbaycan ölkənin iqtisadiyyatına zərbə vuran əsas problemlərdən olan korrupsiya ilə ciddi mübarizə aparır.
Hazırda ölkəmizdə həyata keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir.
Bu, bir faktdır ki, respublikamızın beynəlxalq aləmdəki reytinqinin yüksəldilməsində böyük rol oynayan əsas amillərdən biri korrupsiya və rüşvətxorluğun qarşısının alınmasıdır. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaydığı məlumatda da göstərilir ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilib.
Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu sosial bəlanın tarixi çox qədimdir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Dövlət başçısı hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiyanın olduğunu bildirib: “Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə, əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur”.
Beynəlxalq Korrupusiya ilə mübarizə günü ilə bağlı
Sputnik Azərbaycan rüşvətxorluqla bağlı cinayət işlərinin statistikasını əks etdirən infoqrafika hazırlayıb.