Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bərdədə müştərilərə qəlyan təklif edən şəxs həbs olunub

© AFP 2024qəlyan
qəlyan  - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Sadiq Haqverdiyev barəsində qanunauyğun tədbir görülüb.
BAKI, 9 dekabr — Sputnik. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Sadiq Haqverdiyev barəsində qanunauyğun tədbir görülüb və məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, noyabrın sonuncu həftəsində də Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən "Frend House" çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4000 manat məbləğində cərimələnib.
Həmçinin oxuyun:
Bakıda qəlyan təklif edən çay evinin sahibi və müştəriləri cərimələndi
Xəbər lenti
0