Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb

© Sputnik / Murad OrudjevFəhlə
Fəhlə - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Fəhlə quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
BAKI, 9 dekabr — Sputnik. Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə Sputnik Azərbaycan xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan "AAC" MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulan quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, oktyabrın 10-da Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu Toğrul Mədətli elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Baş Prokurorluğun məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.
Eləcə də oxuyun:
* Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb
* Bakıda tikintidə uçqun olub, xəsarət alan var
Xəbər lenti
0