QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanda ilk: "Qarabağa gəlmə ermənilərin dialekti" adlı kitabı çapdan çıxdı

© Sputnikçap variantı
çap variantı - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Dörd fəsildən ibarət kitabda müəllif Qarabağa gəlmə ermənilərin dialektinin saxtalaşdırılmış tarixi ilə yanaşı, linqvistik faktorlarını da təhlil edir.
BAKI, 9 dekabr — Sputnik. Azərbaycanda "Qarabağa gəlmə ermənilərin dialekti" adlı kitab çapdan çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatçı Şahin Qocayevin müəllifi olduğu kitabda erməni dilçi alimlər tərəfindən yazılmış tədqiqatlara nəzər salınır.
© Sputnikçap variantı
çap variantı - Sputnik Azərbaycan, 1920, 09.12.2021
çap variantı
Dörd fəsildən ibarət kitabda müəllif Qarabağa gəlmə ermənilərin dialektinin saxtalaşdırılmış tarixi ilə yanaşı, linqvistik faktorlarını da təhlil edir.
Kitabda oxuculara Qafqaz Albaniyasından tutmuş hazırkı dövrə qədər – erməni dilçi alimlərin bu istiqamətdə apardıqları xüsusi, düşünülmüş, sanki bir mərkəzdən idarə olunan strategiyası təqdim edilir.
Tədqiqat işinin Qarabağ ermənilərinin dialekti deyil, məhz Qarabağa gəlmə ermənilərin dialekti olaraq adlandırılmasının xüsusi əhəmiyyəti var: oxucu həm məsələnin səbəb-nəticə zəncirini izləyə, həm də bundan daha vacib, erməni tədqiqatçılarının heç vaxt toxunmadığı, kənar nəzərlərdən gizli qalan məqamları məntiqli şəkildə anlaya bilər.
Xatırladaq ki, kitab bu istiqamətdə yazılan ilk tədqiqat işidir.
Eləcə də oxuyun:
* Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
* Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunub
Xəbər lenti
0