Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Altı il öncə faciə qurbanı olan neftçinin skeleti tapıldı

© AP Photo / Darko VojinovicXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
BAKI, 9 dekabr — Sputnik. 2015-ci il dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, meyit ölən neftçilərdən birinə - Bəhmən Cəfərova məxsusdur.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, 2015-ci ildə Xəzər dənizində "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, bir neçə gün öncə, dekabrın 3-də SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Mürsəl Namazovun dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində göründüyünü qeyd edib. Daha sonra onu görən olmayıb.
Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib.
Namazov Mürsəl Həsənəli oğlu 1972-ci ildə doğulub, ailəlidir, iki oğlu var.
Xəbər lenti
0