https://sputnik.az/20211207/ust-covid-19-ile-bagli-yeni-tovsiyelerini-aciqlayib-437030874.html
ÜST COVID-19 ilə bağlı yeni tövsiyələrini açıqlayıb
ÜST COVID-19 ilə bağlı yeni tövsiyələrini açıqlayıb
Sputnik Azərbaycan
Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T14:30+0400
2021-12-07T14:30+0400
2021-12-07T14:30+0400
səhiyyə
üst
tövsiyə
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888491_0:43:2891:1669_1920x0_80_0_0_e0c199f75959750505481e73778f1a6d.jpg
BAKI, 7 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş beynəlxalq ekspertlər qrupunun qənaətinə görə, COVID-19 xəstəliyinə tutulmuş pasiyentlərin bədəninə əvvəllər koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi heç də səmərəli müalicə üsulu deyil və bundan ötrü resursları sərf etməyə dəyməz.Sputnik Azərbaycan ÜST-yə istinadla xəbər verir ki, COVID-19 xəstəliyini keçirmiş insanların qanından ayrılan plazmaya çox ümid bəslənsə də, o, ağır xəstələrin süni ventilyasiya aparatına qoşulması zərurətini aradan qaldırmır və onların salamat qalmaq şansını artırmır.Plazma ilə müalicə çox bahalı metod olmaqla bərabər xeyli vaxt tələb edir. Bu səbəbdən, ÜST xəstəliyin yüngül keçdiyi hallarda bu metoddan istifadə etməməyi təkidlə tövsiyə edir və əgər söhbət elmi tədqiqatlardan getmirsə, xəstəliyin ağır formalarında bu metoddan istifadə olunmasını məsləhət görmür. Tövsiyələr COVID-19-un yüngül, ağır və çox ağır formalarından əziyyət çəkən 16.236 pasiyentin iştirakı ilə 16 klinik sınağın nəticələrinə əsaslanır.Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib. Bu protokollar həkimlərin elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul etməsinə kömək edir. Ekspertlər ÜST-nin himayəsi altında daxil olan informasiyanı təhlil edir, təqdim olunmuş bütün məlumatları araşdırır, bu və ya digər müalicə metodunun riskli və faydalı cəhətlərini, habelə həmin metodun dəyərini və digər xüsusiyyətlərini nəzərə alırlar. Plazma ilə bağlı halda potensial donorların aşkar edilməsi və testlənməsi zərurəti, həmçinin qanın toplanması və saxlanması ilə bağlı məsrəflər nəzərə alınır.Həmçinin oxuyun:Koronavirus ştammlarının adlandırıldığı yunan hərfləri bitəndən sonra nə baş verəcək?Yeni ştamma görə hansı ölkədən Azərbaycana giriş məhdudlaşdırıla bilər?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888491_105:0:2836:2048_1920x0_80_0_0_3c33b2ba835eff0a123ec5b913bf876a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
üst, tövsiyə, covid-19
ÜST COVID-19 ilə bağlı yeni tövsiyələrini açıqlayıb
Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib
BAKI, 7 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş beynəlxalq ekspertlər qrupunun qənaətinə görə, COVID-19 xəstəliyinə tutulmuş pasiyentlərin bədəninə əvvəllər koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi heç də səmərəli müalicə üsulu deyil və bundan ötrü resursları sərf etməyə dəyməz.
Sputnik Azərbaycan ÜST-yə istinadla xəbər verir ki, COVID-19 xəstəliyini keçirmiş insanların qanından ayrılan plazmaya çox ümid bəslənsə də, o, ağır xəstələrin süni ventilyasiya aparatına qoşulması zərurətini aradan qaldırmır və onların salamat qalmaq şansını artırmır.
Plazma ilə müalicə çox bahalı metod olmaqla bərabər xeyli vaxt tələb edir. Bu səbəbdən, ÜST xəstəliyin yüngül keçdiyi hallarda bu metoddan istifadə etməməyi təkidlə tövsiyə edir və əgər söhbət elmi tədqiqatlardan getmirsə, xəstəliyin ağır formalarında bu metoddan istifadə olunmasını məsləhət görmür. Tövsiyələr COVID-19-un yüngül, ağır və çox ağır formalarından əziyyət çəkən 16.236 pasiyentin iştirakı ilə 16 klinik sınağın nəticələrinə əsaslanır.
Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib. Bu protokollar həkimlərin elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul etməsinə kömək edir. Ekspertlər ÜST-nin himayəsi altında daxil olan informasiyanı təhlil edir, təqdim olunmuş bütün məlumatları araşdırır, bu və ya digər müalicə metodunun riskli və faydalı cəhətlərini, habelə həmin metodun dəyərini və digər xüsusiyyətlərini nəzərə alırlar. Plazma ilə bağlı halda potensial donorların aşkar edilməsi və testlənməsi zərurəti, həmçinin qanın toplanması və saxlanması ilə bağlı məsrəflər nəzərə alınır.