DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp əlinə qələm alıb, yazmağa başlayıb – Çox güclü bir şey olacaq

© AFP 2023 / MANDEL NGANDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Tramp "çox güclü bir şey" vəd edir.
BAKI, 7 dekabr — Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, ölkə başçısı olduğu dövrə dair memuar yazır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.
"Mən onları yazıram. Bax görəcəksiniz – bu çox güclü bir şey olacaq", - deyə Tramp bildirib.
Hələlik memuarın nə vaxt dərc olunacağına dair dəqiq tarix yoxdur.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşünü şərh edərkən danışıqları Vaşinqton üçün "qeyri-bərabər oyun" adlandırıb.
"Bu bizim ölkəmiz üçün qeyri-bərabər oyundur. <...> Bu oyunun keçirilməsinə imkan vermək lazım deyildi. Sanki "New England Patriots" (amerikan futbolu üzrə klub) klubunu məktəb komandasına qarşı çıxarmaqdır", - deyə ABŞ-ın sabiq prezidenti bildirib.
Onun fikrincə, Putin və Çin sədri Si Cin Pinlə pozitiv münasibətlərə baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden Administrasiyasının siyasətindən daha sərt idi.
Xəbər lenti
0