Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qış fəslinin əvəzolunmaz təamı: Yemişan mürəbbəsi necə hazırlanır

Abunə olmaq
Yemişan mürəbbəsi çox faydalıdır. Mürəbbənin hazırlanma qaydasını bizə Qax rayon sakini Baliçko Abdullayeva təqdim edib. Ətraflı videomuzda.
BAKI, 7 dekabr - Sputniuk. Yemişan meyvəsinin insan orqanizmi üçün faydaları saydıqca bitmir. Qara yemişanın tərkibi qiymətli maddələrlə zəngindir. Bu səbəbdən də o ən yaxşı dərman bitkilərindən hesab edilir. Onu toplamaq və saxlamaq çox çətindir. Əsasən qara yemişanı yetişən zaman yeyirlər. Təzə halda onun tərkibindəkilər orqanizm üçün daha faydalı olur. Qara yemişan unikal tərkibə malik olan giləmeyvələrdəndir. O, damarların divarını möhkəmləndirir, ürəyin işini yaxşılaşdırır, mədəaltı vəzin və bağırsaqların sağlamlığını qoruyub saxlayır.
Qara yemişan həmçinin hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır. Bu giləmeyvə orqanizmə ödqovucu, skleroz əleyhinə, kardiotonik, hipotenziv və iltihab əleyhinə vasitə kimi təsir göstərir. Onun dəmləməsi arterial təzyiqi aşağı salır, sklerozlaşmanın qarşısını alıq, kapilyar damarları təmizləyir, revmatizm, angina xəstəliklərinin əlamətlərini azaldır. Qara yemişan kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur.
Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilirlər. Bu giləmeyvə qanda şəkərin miqdarının azalmasına səbəb olur, maddələr mübadiləsini yaxşılaşdırır. Lakin uşaq əmizdirən qadınlar qara yemişandan istifadə edən zaman ehtiyatlı olmalıdırlar.
Xəbər lenti
0