https://sputnik.az/20211207/emek-qanunvericiliyinin-pozulmasina-gore-yeni-cerimeler-mueyyenlesir-437041859.html
Əmək qanunvericiliyinin pozulmasına görə yeni cərimələr müəyyənləşir
Əmək qanunvericiliyinin pozulmasına görə yeni cərimələr müəyyənləşir
Sputnik Azərbaycan
Qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa... 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T22:34+0400
2021-12-07T22:34+0400
2021-12-07T22:34+0400
əmək
cəmiyyət
qanun
dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/42413/24/424132432_0:157:3081:1890_1920x0_80_0_0_53dbb8111f57bd7534a6b423924b5b02.jpg
BAKI, 7 dekabr — Sputnik. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.Həmin əlavədə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək. Məcəllənin bir sıra maddələrində bəzi ifadələrin digərləri ilə əvəz olunması ilə bağlı düzəlişlər də nəzərdə tutulub.Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda qeyd edilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.Komitə sədri Musa Quliyev bildirib ki, dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.Eləcə də oxuyun:* "Məşğulluq haqqında" qanuna dəyişiklik edilir* İsşizlikdən sığorta ödənişinin alınması üçün üç aylıq gözləmə müddəti ləğv edilir* Gələn il bu şəxslər maaşından daha çox rüsum ödəyəcəklər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42413/24/424132432_174:0:2905:2048_1920x0_80_0_0_fa73566d3eeac50c0597514950646639.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əmək, qanun, dəyişiklik
Əmək qanunvericiliyinin pozulmasına görə yeni cərimələr müəyyənləşir
Qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.
BAKI, 7 dekabr — Sputnik. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Həmin əlavədə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək. Məcəllənin bir sıra maddələrində bəzi ifadələrin digərləri ilə əvəz olunması ilə bağlı düzəlişlər də nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda qeyd edilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.
Komitə sədri Musa Quliyev bildirib ki, dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.