https://sputnik.az/20211207/buluda-kecid-piratligin-qarsisini-alir---ekspert--437033786.html
Buluda keçid piratlığın qarşısını alır - ekspert
Buluda keçid piratlığın qarşısını alır - ekspert
Sputnik Azərbaycan
Şirkətlərin əksəriyyəti bulud həllərinə keçdiyinə görə piratlığın səviyyəsini başqa metodologiya ilə hesablamaq lazımdır 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T22:50+0400
2021-12-07T22:50+0400
2021-12-07T22:50+0400
azərbaycan
cəmiyyət
hi-tech
pirat
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_0:320:3073:2048_1920x0_80_0_0_f1b44fd9954c8597716aacf5f1f6227e.jpg
BAKI, 7 dekabr — Sputnik. "Microsoft Azerbaijan" şirkəti Azərbaycanda proqram təminatı bazarında piratlıq səviyyəsini 70% ətrafında qiymətləndirir.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.Onun sözlərinə görə, ümumilikdə, bazarda qeyri-leqal proqram təminatlardan istifadədə azalma müşahidə olunur."IDC (International Data Corporation) adətən bu hesabatları mütəmadi olaraq təqdim edirdi. Son hesabat 2018-ci ildə dərc olunub və o vaxtdan bəri aparılmır. IDC-nin son hesabatında ölkədə piratlıq 81% səviyyəsində qiymətləndirilmişdi. Bu məsələlərin metodologiyası da dəyişib. Şirkətlərin əksəriyyəti bulud həllərinə keçdiyinə görə piratlığın səviyyəsini başqa metodologiya ilə hesablamaq lazımdır. Bizim öz hesablamalarımıza görə, bu, rəsmi olmasa da, təxminən 70% ətrafındadır", - deyə Q. Mirzəyev qeyd edib.Ekspert hesab edir ki, bir tərəfdən dövlət qurumlarında, eləcə də təhsil müəssisələrində proqram təminatları lisenziyaların geniş tətbiqi, digər tərəfdən isə bulud həllərinə keçid proqram təminatı bazarında piratlığın səviyyəsini əhəmiyyətli dərəcədə azaldır."Bildiyiniz kimi, "bulud"da seriya nömrəsi və açardan istifadə edilmir. Avtorizasiya istifadəçi ID-si ilə aparılır. Belə olan təqdirdə isə heç bir istifadəçinin marağında deyil ki, o, öz elektron poçtuna daxil olduğu login və parolu kənar şəxsə versin. Buna görə, buluda keçid birmənalı olaraq piratlığın qarşısını alır və insanların leqal proqram təminatların istifadə etmələrinə şərait yaradır", - deyə Q. Mirzəyev əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_169:0:2900:2048_1920x0_80_0_0_32822c6adae1b5b595436164c9ec1280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, hi-tech, pirat
azərbaycan, hi-tech, pirat
Buluda keçid piratlığın qarşısını alır - ekspert
Şirkətlərin əksəriyyəti bulud həllərinə keçdiyinə görə piratlığın səviyyəsini başqa metodologiya ilə hesablamaq lazımdır
BAKI, 7 dekabr — Sputnik. "Microsoft Azerbaijan" şirkəti Azərbaycanda proqram təminatı bazarında piratlıq səviyyəsini 70% ətrafında qiymətləndirir.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu "Microsoft Azerbaijan" şirkətinin baş meneceri
Qaçay Mirzəyev deyib.
Onun sözlərinə görə, ümumilikdə, bazarda qeyri-leqal proqram təminatlardan istifadədə azalma müşahidə olunur.
"IDC (International Data Corporation) adətən bu hesabatları mütəmadi olaraq təqdim edirdi. Son hesabat 2018-ci ildə dərc olunub və o vaxtdan bəri aparılmır. IDC-nin son hesabatında ölkədə piratlıq 81% səviyyəsində qiymətləndirilmişdi. Bu məsələlərin metodologiyası da dəyişib. Şirkətlərin əksəriyyəti bulud həllərinə keçdiyinə görə piratlığın səviyyəsini başqa metodologiya ilə hesablamaq lazımdır. Bizim öz hesablamalarımıza görə, bu, rəsmi olmasa da, təxminən 70% ətrafındadır", - deyə Q. Mirzəyev qeyd edib.
Ekspert hesab edir ki, bir tərəfdən dövlət qurumlarında, eləcə də təhsil müəssisələrində proqram təminatları lisenziyaların geniş tətbiqi, digər tərəfdən isə bulud həllərinə keçid proqram təminatı bazarında piratlığın səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
"Bildiyiniz kimi, "bulud"da seriya nömrəsi və açardan istifadə edilmir. Avtorizasiya istifadəçi ID-si ilə aparılır. Belə olan təqdirdə isə heç bir istifadəçinin marağında deyil ki, o, öz elektron poçtuna daxil olduğu login və parolu kənar şəxsə versin. Buna görə, buluda keçid birmənalı olaraq piratlığın qarşısını alır və insanların leqal proqram təminatların istifadə etmələrinə şərait yaradır", - deyə Q. Mirzəyev əlavə edib.