CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

© State Border Service of Azerbaijan RepublicDSX hərbçiləri, arxiv şəkli
DSX hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Hadisə barədə İran tərəfi məlumatlandırılıb. DSX-nin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.
BAKI, 7 dekabr — Sputnik. Çərşənbə axşamı, dekabrın 7-də, saat 16 radələrində Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, sərhəd nar­yadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər­iblər.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsiz­ləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.
Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4 270 ədəd "Marl­boro", "Kent", "More" markalı siqaret qutusunun olması müəyyən edilib.
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
DSX-nin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunublar.
Xəbər lenti
0