Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sənətkarlar əl işlərini xeyriyyə üçün satışa çıxardılar

© Sputnik / Shahperi AbbasovaKöhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Köhnə adı Passaj, yeni adı Passage 1901 olan bazarda sənətkarların əl işi sərgisi - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
Sərgi-satış yarmarkasında onlarla sənətkar öz əl işlərini nümayiş etdiriblər. Burada dulusçular, rəssamlar, zərgərlər, taxta, şüşə üzərində işləyən sənətkarlar, toxuculuqla məşğul olanlar və s. yer alıb.
BAKI, 6 dekabr — Sputnik. Ötən gün köhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda Azərbaycanın sənət ustalarının əsərləri sərgilənib. Sərgi-satış yarmarkasında onlarla sənətkar öz əl işlərini nümayiş etdiriblər.
Sərginin təşkilatçısı Leyla Həsənin Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirir ki, bu sərgi ilk deyil. Bundan öncə də dəfələrlə bu tipli sərgilər təşkil olunub: "Bu, haradasa 35-ci sərgidir. Ölkəmizdə fəaliyyət göstərən əksər ustalar öz əl işlərini burada nümayiş etdirir.
Burada dulusçular, rəssamlar, zərgərlər, taxta, şüşə üzərində işləyən sənətkarlar, toxuculuqla məşğul olanlar və s. yer alıb. Bir sözlə, gözəllik yaradan insanlar əllərinin əməyi, gözlərinin nuru ilə yaratdıqları gözəllikləri burada nümayiş etdirirlər. Sərgidə həm də ustad dərsləri təşkil olunub".
© Sputnik / Shahperi AbbasovaKöhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Köhnə adı Passaj, yeni adı Passage 1901 olan bazarda sənətkarların əl işi sərgisi - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Köhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Qeyd edək ki, Leyla xanım özü də özünün əl işlərini nümayiş etdirib. Dediyinə görə, həmin sərgi xeyriyyə məqsədi ilə təşkil olunub. Sərgi-yarmarkadan toplanan vəsait leykoz xəstəliyindən əziyyət çəkən Məhəmməd Üzeyirlinin müalicəsinə xərclənəcək. 5 yaşlı Məhəmməd balamız leykoz və Lenfoma (beyində şiş) xəstəliyindən əziyyət çəkir. Bundan öncəki sərgilərimizdə də toplanan pulu uşaqların müalicəsinə sərf olunub. Ustalarımız da çox böyük həvəslə qoşulurlar".
© Sputnik / Shahperi Abbasova Sərgi-satış yarmarkasında onlarla sənətkar öz əl işlərini nümayiş etdiriblər.
Köhnə adı Passaj, yeni adı Passage 1901 olan bazarda sənətkarların əl işi sərgisi - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Sərgi-satış yarmarkasında onlarla sənətkar öz əl işlərini nümayiş etdiriblər.
Nazar Amonov Taciksitandan gəlib. Dulusçuluqla məşğul olan Nazarın dediyinə görə bir neçə dəfə xeyriyyə üçün təşkil olununan sərgidə iştirak edib: "Burada insanlara master klass keçirəm. Sərgiyə gələn insanlar çox böyük həvəs göstərirlər. Sizin yerli dulusçlarınızdan fərqli olaraq, mənim dulusçuluq dəzgahım daha müasirdir. Mən maraqlanmışam, sizdə ayaqla hərəkəzə gətirirlər, bunda isə sadəcə əllər işləyir".
© Sputnik / Shahperi AbbasovaBurada dulusçular, rəssamlar, zərgərlər, taxta, şüşə üzərində işləyən sənətkarlar, toxuculuqla məşğul olanlar və s. yer alıb
Köhnə adı Passaj, yeni adı Passage 1901 olan bazarda sənətkarların əl işi sərgisi - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Burada dulusçular, rəssamlar, zərgərlər, taxta, şüşə üzərində işləyən sənətkarlar, toxuculuqla məşğul olanlar və s. yer alıb
Olqa İbrahimova rəssamdır. Müəllim kimi fəaliyyət göstərən Olqa xanımın əl işləri gələn tamaşaçıların diqqətini cəlb edib: "Mən sifarişlə işləmirəm. Sadəcə istirahət üçün bu işlə məşğul oluram. Sifariş verənlər də olur, amma mütəmadi olaraq bu işlə məşğul olmuram. Almaniyadan, Amerikadan sifarişlər gəlir. Amma mən bunu sevimli məşğuliyyət kimi baxıram. Mən bununla istirahət edirəm, yəni maddiyyat üçün etmirəm"
© Sputnik / Shahperi AbbasovaKöhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Köhnə adı Passaj, yeni adı Passage 1901 olan bazarda sənətkarların əl işi sərgisi - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Köhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Sevda Qasımova isə sərgi iştirakçılarına özünün istehsal etdiyi təbii sabun və orqanik kosmetik məhsullarını nümayiş etdirir: "Mənim məhsullarımın tərkibi süddən, müxtəlif meyvələrin, tərəvəzlərin şirəsindən və digər ekstatlardan hazırlanıb. Təbii məhsullardan hazırlanan sabunların qiyməti 10 manatdan başlayır. Sabun hazılanmasında istifadə olunan xam malı Moskvadan sifariş verirəm. Pandemiya dövründə bununla bağlı çox əziyyət çəkdim. İndi də bu problem davam edir".
© Sputnik / Shahperi AbbasovaKöhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Köhnə adı Passaj, yeni adı Passage 1901 olan bazarda sənətkarların əl işi sərgisi - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Köhnə adı "Passaj", yeni adı "Passage 1901" olan bazarda sənətkarların əl işi sərgisi
Görkəmli xalçaçı rəssam Lətif Kərimovun nəvəsi Azər Səfərov da öz əl işlərini nümayiş etdirənlər sırasında idi: "Mən bir işi ərsəyə gətirmək üçün ən azı 1 ay çalışıram. Mənim əli işlərimi təbii məmulatlarlardan – meyvə-tərəvəz toxumları, onlrın qabıqlarından hazırlayıram. Lazım olan xam malı bazardan, ya da bölgələrimizdən əldə edirəm".
Xəbər lenti
0