https://sputnik.az/20211206/kecmis-nobel-laureati-102-il-muddetine-hebs-edile-biler-437003607.html
Keçmiş Nobel laureatı 102 il müddətinə həbs edilə bilər
Keçmiş Nobel laureatı 102 il müddətinə həbs edilə bilər
Sputnik Azərbaycan
Beş il hökumətə rəhbərlik edən keçmiş müşavir korrupsiya, maliyyə fırıldaqçılığı kimi cinayətlərdə də ittiham olunur. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T23:59+0400
2021-12-06T23:59+0400
2021-12-07T10:33+0400
qandal
dünya xəbərləri
myanma
nobel mükafatı
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 6 dekabr — Sputnik. Myanmanın keçmiş dövlət müşaviri Aunq San Su Kyi 4 il müddətinə azadlıqdan məhrum edilib.Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, keçmiş müşavir ötən həftənin bazar ertəsi COVİD-19-a görə tətbiq edilmiş məhdudiyyətlərə qarşı keçirilən etirazları qızışdırmaqda ittiham edilir.Aunq San Su Kyinin liderlik etdiyi milli liqa 2015-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdı. Beş il hökumətə rəhbərlik edən keçmiş müşavir korrupsiya, maliyyə fırıldaqçılığı kimi cinayətlərdə də ittiham olunur. Əgər bu iddialar təsdiqlənərsə, keçmiş müşaviri 102 ilə qədər həbs həyatı gözləyir.Qeyd edək ki, bu il fevralın 1-də Myanmada hərbi çevriliş olub. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Myanma Prezidenti Vin Mina və dövlət müşaviri Aunq San Su Kyi də daxil olmaqla müxtəlif mülki vəzifəli şəxslər həbs edilib. Myanmanın keçmiş dövlət müşaviri Aunq San Su Kyi 1991-ci ildə Nobel sülh mükafatına layiq görülüb.Bazar günü Myanmanın Yanqon şəhərində hərbi xunta əleyhinə keçirilən etirazlar zorakılıqla dağıdılıb. Sİlahlı təhlükəsizlik qüvvələri 5 etirazçını öldürüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qandal, myanma, nobel mükafatı
qandal, myanma, nobel mükafatı
Keçmiş Nobel laureatı 102 il müddətinə həbs edilə bilər
23:59 06.12.2021 (Yenilənib: 10:33 07.12.2021) Beş il hökumətə rəhbərlik edən keçmiş müşavir korrupsiya, maliyyə fırıldaqçılığı kimi cinayətlərdə də ittiham olunur.
BAKI, 6 dekabr — Sputnik. Myanmanın keçmiş dövlət müşaviri Aunq San Su Kyi 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, keçmiş müşavir ötən həftənin bazar ertəsi COVİD-19-a görə tətbiq edilmiş məhdudiyyətlərə qarşı keçirilən etirazları qızışdırmaqda ittiham edilir.
Aunq San Su Kyinin liderlik etdiyi milli liqa 2015-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdı. Beş il hökumətə rəhbərlik edən keçmiş müşavir korrupsiya, maliyyə fırıldaqçılığı kimi cinayətlərdə də ittiham olunur. Əgər bu iddialar təsdiqlənərsə, keçmiş müşaviri 102 ilə qədər həbs həyatı gözləyir.
Qeyd edək ki, bu il fevralın 1-də Myanmada hərbi çevriliş olub. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Myanma Prezidenti Vin Mina və dövlət müşaviri Aunq San Su Kyi də daxil olmaqla müxtəlif mülki vəzifəli şəxslər həbs edilib. Myanmanın keçmiş dövlət müşaviri Aunq San Su Kyi 1991-ci ildə Nobel sülh mükafatına layiq görülüb.
Bazar günü Myanmanın Yanqon şəhərində hərbi xunta əleyhinə keçirilən etirazlar zorakılıqla dağıdılıb. Sİlahlı təhlükəsizlik qüvvələri 5 etirazçını öldürüb.