Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda telefon rabitəsinin 140 illiyinə dair poçt markası buraxılıb

© Photo : Ministry of Digital Development and Transport (Azerbaijan)Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə poçt markası
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə poçt markası - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.
BAKI, 6 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC ölkədə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası buraxıb.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib.
Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.
Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 6 dekabr tarixi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizdə rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərir, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı İKT-nin rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib.
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. Hazırda ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı kompleks işlər aparılır.
Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!
Həmçinin oxuyun:
Keçmiş nazirlə bu gün və gələcəyin söhbəti: Bizi nəyin gözlədiyini heç kəs bilmir
Xəbər lenti
0