Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azad edilmiş ərazilərdə mobil baza stansiyalarının sayı açıqlandı

© Sputnik / Murad OrujovŞuşada yaşayış evləri, arxiv şəkli
Şuşada yaşayış evləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
R.Həsənov bildirib ki, İKT və innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir.
BAKI, 6 dekabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə 92 ədəd mobil baza stansiyası fəaliyyət göstərir. Ərazilərin 72 faizi 2G şəbəkəsi ilə, 52 faizi 4G şəbəkəsi ilə təmin edilib. Sputnik Azərbayməlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Həsənov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans" da çıxışı zamanı deyib.
O bildirib ki, həmin ərazilərdə televiziya və radio yayımının müvəqqəti bərpası artıq yerinə yetirilib. Bu yaxınlarda Prezident İlham Əliyev Şuşada 130 metrlik radio qülləsinin əsasını qoyub. Bu da xüsusi bir xarakter daşıyır.
R.Həsənov, həmçinin bildirib ki, İKT və innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir.
"Bu istiqamətdə ilk növbədə ictimai inam faktorunu qeyd etmək istəyirəm. Azərbaycan ötən il möhtəşəm zəfər əldə etdi, qısa müddət ərzində mobil rabitə operatorları işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başladılar. Bu cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin, həmçinin yeni reallıqların təminatında mühüm rol oynayır", - deyə o vurğulayıb.
Xəbər lenti
0