Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə ağır yol qəzası: ölənlər və xəsarət alanlar var

© Photo : REPORTYevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası
Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
BAKI, 5 dekabr - Sputnik. Gəncə şəhərində iki nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnə ağır avtomobil qəzası qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri sürücü - 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur. Ölənlərdən digəri isə 13 yaşlı piyada - İbrahimova Nazlı Elşad qızıdır.
Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Naziləni vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, 2004-cü il təvəllüdlü Bayramov İlkin və 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər lenti
0