Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bir milyon ağac: Leyla Əliyeva ağacəkmə aksiyasına və veloyürüşə qatılıb

© Photo : Facebook / Leyla AliyevaBMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş
BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə keçirilən kampaniyanın əsas məqsədi ölkəmizin yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
BAKI, 5 dekabr — Sputnik. Dekabrın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il "Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun ("Yaşıl Marafon") yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş kecirilib.
IDEA İctimai Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Böyük Britaniya, Belçika, Tacikistan, Bolqarıstan, Yunanıstan və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak edib.
© Photo : Facebook / Leyla AliyevaAbşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası
Abşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası
Tədbir zamanı 2021-ci il "Yaşıl Marafon"nunun 1 milyonuncu ağacı əkilərək ağacəkmə kampaniyası başa çatdırılıb.
Qeyd edilib ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində cari ilin yaz və payız mövsümləri zamanı ölkə boyu kütləvi ağacəkmə aksiyaları keçirilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən aksiyalar zamanı iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd, zeytun və s. yerli cinslərdən olmaqla müxtəlif ərazilərin torpaq-iqlim şəraitinə müvafiq qaydada ağaclar əkilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən kampaniyanın əsas məqsədi ölkəmizin yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
© Photo : Facebook / Leyla AliyevaAbşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası
Abşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Climate regional layihəsinin məqsədi Paris Sazişinə uyğun olaraq tərəfdaş ölkələrdə iqlim dəyişmələri təsirlərinə dayanıqlı və aşağı emissiyalı hədəflərin qanunvericiliyə inteqrasiyasına və həyata keçirilməsinə dəstək göstərməkdir. Abşeron Milli Parkında keçirilən veloyürüş, digər tədbirlərlə yanaşı, sözügedən layihə çərçivəsində ölkəmizdə təmiz nəqliyyatın təbliğ edilməsi və Avropa Nəqliyyat Həftəsinin (European Mobility Week) qeyd olunması məqsədilə təşkil edilib.
Abşeron Milli parkında keçirilən ekoloji tədbir cari ilin noyabr ayında Qlazqoda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında atmosferdə istixana qazı tullantılarının azaldılmasına dair qarşıya qoyulan hədəflər üzrə qlobal səylərə dəstək xarakteri daşıyır.
IDEA İctimai Birliyi bütün dünyada Planetimizin mühafizəsi ilə bağlı bu cür kəskin mübarizənin aparıldığı bir vaxtda hər kəsi öz üzərinə düşən vəzifəni yerinə yetirməyə, ətraf mühiti qorumağa, yaşıllıqların artırılmasına töhfə verməyə çağırır.
Xəbər lenti
0