Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı gənc müğənni "Altın kelebek" mükafatını qazandı

© Photo : Instagram / nahidebabashliNahidə Babaşlı
Nahidə Babaşlı - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Azərbaycanın YouTube-da parlayan gənc ulduzu Nahidə Babaşlı Türkiyədə "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyası üzrə "Altın kelebek" mükafatına layiq görülüb.
BAKI, 5 dekabr - Sputnik. Türkiyədə keçirilən "Altın Kelebek" mükafatına Azərbaycandan Nahidə Babaşlı layiq görülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün baş tutan tədbirdə ölkəmizi müğənnilər Nahidə Babaşlı, Çinarə Məlikzadə və Ayaz Babayev təmsil edirdi.
N.Babaşlı "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyası üzrə mükafata layiq görülüb.
O, mükafatını alaraq, mahnı səsləndirib.
Qeyd edək ki, bundan əvvəl mükafata namizədlər sırasında Çingiz Mustafayev və Hiss də yer alırdı. Onlar daha sonra mükafatdan imtina edib.
“Altın kelebek” mükafatını daha əvvəl Azərbaycandan Xalq artisti Aygün Kazımova, iki dəfə isə Röya Ayxan qazanıb.
Nahidə Babaşlı 1996-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Özünün Youtube kanalında paylaşdığı "Ay üzlüm", "Anlasana", "Mənim hekayəm", "Qorxma söylə", "Dido", "Gözlərimi bağlasam", "Özünə fikir ver", "Ansızın" və sair mahnıları ilə musiqi həvəskarlarından milyonlarla bəyənmə və müsbət şərh alıb.
2014-cü ildə vəfat edən türk müğənni Murad Göyəbaxanın "Ay Yüzlüm" mahnısını səsləndirmiş və səkkiz gün ərzində 1 920 581 izlənmə almışdı. Hazırda həmin mahnının rəsmi koverinin izləyicilərinin sayı 79 milyon nəfərə çatmaqdadır.
Babaşlının ifası Türkiyə KİV-lərində yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.
Xəbər lenti
0