Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO yol ayrıcında: Baltikyanı ölkələr ABŞ nüvə raketlərinin yerləşdirilməsinə hazırdırmı

© AFP 2024 / GEORGES GOBETNATO bayrağı, arxiv şəkli
NATO bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Abunə olmaq
BAKI, 4 dekabr — Sputnik. Noyabrın 30-dan dekabrın 1-dək Latviyanın paytaxtında keçirilən NATO Xarici İşlər nazirlərinin sammitində Rusiya ilə mənasız mübarizədə "Baltik cəbhəsinin" xüsusi əhəmiyyəti vurğulanıb və Avropaya təhlükəsizlik sisteminin daha da pisləşəcəyini və termonüvə münaqişəsinə doğru sürüklənəcəyi vəd edilib.
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bu ərəfədə, Riqada keçirilən sammitin gedişi zamanı və bitməsindən sonra ən parlaq açıqlamaları verib:
Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ehtimalı var;
NATO ölkələri Ukraynaya görə Rusiya ilə döyüşməyəcəklər;
Rusiyanın təsir sahəsi ola bilməz - hətta Rusiyanın öz təsir sahəsi ola biləcəyi fikri də qəbuledilməzdir.
Böyük sözlərdən əlavə, NATO-nun "Winter Shield 2021" təlimləri formatında (noyabrın 22-dən dekabrın 4-dək) paralel olaraq Latviyanın Adazi poliqonunda artilleriya topları guruldadı, zərbə təyyarələrinin turbinləri uğuldadı və Albaniya, Çexiya, İtaliya, İslandiya, Kanada, Monteneqro, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan olan 1500-dən çox hərbçi təlaş içində idilər. Eyni zamanda Milli Silahlı Qüvvələrin 3000 hərbçisi "The Decisive Point" sərhəd manevrlərində (noyabrın 14-dən dekabrın 12-dək) "irimiqyaslı hərbi əməliyyatlar" həyata keçirməyə çalışırdılar.
Alyansın Baltikyanı ölkələrdəki səs-küylü teatr tamaşası Sankt-Peterburqdan təxminən 200 kilometr məsafadə İngiltərə Xarici İşlər naziri Liza Trassın tank ilə gəzintisi oldu. Qrodno yaxınlığında və ya Şotlandiyada Rusiya naziri Sergey Lavrovun analoji "zirehlə performansını" təsəvvür etmək çətindir, ancaq biz "tərəfdaşların"silahla oyunlarına öyrəşmişik.
Son akkord Vaşinqtonun Donbasda "Rusiyanın düşmən addımlarına cavab olaraq" (Ağ Evin mətbuat katibi Cen Psakinin çıxışından sitat) Moskva ilə bağlı maliyyə-iqtisadi tədbirlərini qəbul etmək hədələri oldu, hardakı hazırda nəyəsə görə 125 nəfərdən ibarət Ukrayna ordusu toplaşıb.
Təbii ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada tətbiqi yalnız Kiyev rejiminin intihar qərarlarından asılıdır. Xatıqladaq ki, Xarici Kəşfiyyat Xidməti ABŞ Dövlət Departamentinin Ukraynaya hərbi basqın etmək üçün üçün Rusiya ərazisində qüvvələrin cəmlənməsi ilə bağlı bəyanatlarını tamamilə yalan adlandırmışdı. Ancaq Baltikyanı ölkələrə qayıdaq.
Termonüvə "Drang nach Osten"i
Aydındır ki, NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonun icazəsi olmadan əlavə söz deməyəcək və onun "Almaniyanın şərqində" ABŞ nüvə silahlarının mümkün yerləşdirilməsi ilə bağlı monoloqu sanksiya olunub. Bu yaxınlarda Stoltenberq sözün əsl mənasında bunları deyib: "Almaniya Hərbi Hava Qüvvələri komandanlığı ehtiyac olduğu halda, bu ölkənin ərazisində saxlanılan ABŞ nüvə silahlarından istifadə etmək üçün Pentaqonun təstiqini alıb".
Avropaya hibrid nüvə silahlarının yaranmasını vəd edən kütləvi məğlub etmə silahlarının yayılmaması sisteminə tamamilə məsuliyyətsiz yanaşmadır (naməlum tətəfindən döyüş şəraitində tətbiq olunur).
ABŞ təxminən 480 modernləşdirilmiş "B61-12" termonüvə aviabombası istehsal edib, onlardan 150-yə qədəri Avropa arsenallarındadır. Pentaqon bu bombaları öz tarixi vətənlərinə aparmaq niyyətində deyil. Əksinə, effektiv "saxlama" üçün termonüvə arsenalı Rusiya sərhədlərinə mümkün qədər yaxın yerləşdirilməlidir. Əgər Gürcüstan və Ukraynada deyilsə, Polşa və Baltikyanı ölkələrdə, harda ki, "F-35A" daşıyıcılarını qəbul etmək üçün aviabazaları və "B61-12" üçün yeraltı anbarlar mövcuddur.
ABŞ "gözə görünməyənlə" Rusiyanın S-400 "Triumf" zenit-raket sisteminin (ZRS) radarlarında aydın görünür, ancaq kollektiv Qərb növbəti dəfə keyfiyyətcə olmasa da, kəmiyyətcə " Moskvanı ələ keçirmək" niyyətindədir. ABŞ və digər NATO ölkələri üçün son dərəcə təhlükəli oyun.
Ciddi hərbi-siyasi çağırışlar vəziyyətində (2008-ci ilin avqustunda Cənubi Qafqazda və ya 2014-cü ilin yazında Ukraynada olduğu kimi) Rusiyanın reaksiyası "tərəfdaşlar" üçün sərt olur. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Rusiyanın sərhədləri yaxınlığında bu ölkəni təhdid edən silah sistemlərinin yerləşdirilməsi ilə NATO-nun şərqə doğru irəliləməsini aradan qaldıracaq sazişlərin hazırlanmasında Moskvanın israrlı olacağını bildirib.
Stoltenberqin Rusiyanda təsir sahələrinin olmadığına dair iddiası istəyin gerçək olması kimi cəhdidir. Bu cür bəyanatların absurdluğunu anlamaq üçün Rusiyanın xəritəsinə baxmaq və ən azı son iki əsrin tarixini xatırlamaq kifayətdir. Dünyada istənilən suveren ölkənin təsiri obyektiv şəkildə mövcuddur və Vaşinqton və ya Brüsselin fikrindən asılı deyil.
Digər tərəfdən, dekabrın 1-də Alyans ölkələrinin Xarici İşlər nazirləri Riqada ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarında NATO-nun 20 illik iştirakını çox müsbət qiymətləndiriblər, baxmayaraq ki, bu, utanc verici qaçışın reallığı ilə heç də uyğun gəlmir.
Qərbin Şərqlə görüş yeri
NATO-nun çoxmillətli manevrlərinin sonsuz silsiləsi və Latviya, Litva və Estoniyada xarici hərbi bazaların tikintisi, Rusiyaya düşmən olan Ukrayna və Gürcüstanın fəal silahlanması və "imənimsənilməsi", Vaşinqton və Brüsselin mövcud olmayan Rusiya təhlükəsi barədə əsassız bəyanatları Moskvanı öz döyüş potensialını düşmənin tez və tam məhvinə zəmanət verən səviyyəsinə qədər artırmağa məcbur edir.
Rusiyada modernləşdirilmiş "Tu-160M" strateji raket daşıyıcılarının seriya istehsalına başlanılıb. Rusiyanın Şərqi Avropadakı təhdidlərə asimmetrik cavabı, məsələn, Kuba, İran, Suriya, KXDR və digər ölkələrlə əməkdaşlıqda SNV-3 (Strateji Hücum Silahları) müqaviləsinə daxil olmayan, 5500 km-ə qədər uçuş məsafəsi olan strateji "X-101" və nüvə "X-102" qanadlı raketlərin yerləşdirilməsi ola bilər. SNV-3
Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 30-da Rusiyanın nüvə silahını yerləşdirə biləcəyini bəyan edib - Belarus Respublikası ərazisində infrastruktur var.
Qərb Hərbi Dairəsinin bütün raket briqadaları bu yaxınlarda Şərqi Avropada istənilən hərbi obyektini zəmanətlə vurmağa imkan verən "İsgəndər-M"raketi ilə əməliyyat-taktiki raket sistemində yenidən silahlanmışdır. Uzun məsafəli S-400 zenit raket kompleksi və Su-30SM, Su-35 ağır qırıcıları Belarus və Rusiyanın hava sərhədlərini etibarlı şəkildə qoruyur. Baltik dənizində Rusiya Hərbi Dəniz Qüvvələri həm kəmiyyət, həm də keyfiyyət baxımından üstünlük təşkil edir.
Hərbi əməliyyatlar şəraitində Rusiyanın yüksək texnologiyalı raket silahı Pentaqonun və digər NATO ölkələrinin kosmik peyklərini, quru qoşun qruplarının və aviadaşıyan zərbə qruplarını yararsız hala salacaq. Rusiyanın Silahlı Qüvvələrində genişmiqyaslı şəbəkə mərkəzli əməliyyatlar aparmağa qadir olan bir neçə birləşmə yaradılmışdır.
Dekabrın 1-dən başlayan qış təlimi dövründə (altı ay) Qərb Hərbi Dairəsinin (QHD) Qırmızı Bayraqlı Qvardiya Ümumqoşun Ordusunun hərbçiləri 20 iri manevrdə iştirak etməli olacaqlar. Həmin müddət ərzində QHD Qvardiya Tank Ordusu 150 təlim də daxil olmaqla 1500 döyüş hazırlığı tədbiri keçirəcək.
Qışın elə ilk günündə Baltik Donanmasının ordu korpusunun motoatıcı və tank alayının 1000-dən çox hərbçisi planlı manevrlərin başlandığı Kalininqrad vilayətindəki poliqonlara yürüş edib.
Döyüş hazırlığı sistemi daim mürəkkəbləşir və təkmilləşir. Belə ki,bu yaxınlarda "Qərb-2021" təlimi zamanı Hava Desant Qüvvələri unikal taktiki həllər işlədilər - zirehli texnika ilə gecə desantlığında göyərtəsində otuzdan çox BMD-4M olan 15 İl-76MD hərbi-nəqliyyat təyyarəsi və onun ekipaj və disantları iştirak ediblər. Bu cür desantlıq NATO qoşunları ancaq xəyal edə bilər. Rusiya heç kimə hədə-qorxu gəlmir və potensial təcavüzkarlara sülhü təmin etmək qabiliyyətini açıq şəkildə nümayiş etdirir.
Həmçinin oxuyun:
Rusiyanın "Su-35S" qırıcısı necə təyyarədaşıyanların "qatili" oldu
Xəbər lenti
0